Yuxarı

Yeni dövlət yaradıldı: Biz nə etməliyik?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni dövlət yaradıldı: Biz nə etməliyik?

Bir qədər əvvəl Qərbi Azərbaycan Respublikası elan olundu. Uzun illərdən sonra ilk dəfə əzəli torpaqlarımıza olan iddiamızı ortaya qoyduq. Türkiyədə yaşayan professor, ermənişünas alim Qafar Çaxmaqlı bu zəruri addımı atdı.

Amma ictimai reaksiya məni qane etmir. Hanı Qərbi Azərbaycan ziyalıları? Hanı siyasi baxımdan ayıq, bu millətin nüvəsini təşkil edənlərdən olan siyasi aktiv qərbi azərbaycanlılar?

Siz qabağa durmalısınız, bu, ilk növbədə sizin haqqınızdır!

Artıq İrəvan kətəsi ilə öyünməyin, İrəvan yallısına oynamağın zamanı deyil.

Qardaşlar, Qərbi Azərbaycan Respublikası bizimdir, bizə məxsusdur. Ona sahib çıxmalıyıq, çıxmalısınız. Sahib çıxmaq üçün sizdən əlinizə avtomat götürüb, İrəvana hücum etməyiniz tələb olunmur. Hələlik aşağıdakıları etsəniz, böyük iş görmüş olarsınız:

1. Sosial şəbəkədə bu barədə statuslar yazıb, cəmiyyəti məlumatlandırın.

2. İndidən Qərbi Azərbaycanın tarixi ilə bağlı məlumatlar toplayıb, müxtəlif dillərə tərcümə edin və ya etdirin.

3. Xarici portallarla əlaqə yaradın ki, zamanı gələndə bu materialları orada yayımlaya biləsiniz.

4. Mümkünsə, tanıdığınız iş adamlarına Qərbi Azərbaycan Respublikasına maliyyə dəstəyi üçün müraciət edin.

Qeyd edim ki, artıq Rusiyada bəzi iş adamları maliyyə dəstəyi verəcəklərini bildiriblər.

Zaman keçir, vaxt bizim əleyhimizə işləyir. Bu qədər passiv qalsaq, bir də ayılıb görəcəyik ki, Qarabağı əbədilik itirmişik.

Qərbi Azərbaycan Respublikası iddiamız Qarabağ münaqişəsində əlimizi gücləndirə bilər. İllər əvvəl oradan qovulmuş, sürgün edilmiş, ağır işgəncələrə məruz qalmış ata-analarınızın, nənə-babalarınızın xatirinə bu işə siz də qol qoyun. 2-3 milyonluq erməninin qarşısında aciz qalmaq sizi ağrıtmır? Narahat etmir?

Şuşanın işğalı günü ermənilər qondarma rejimin uzun bayrağını açmışdılar. Bizim isə Qarabağda heç 10 sm-lik bayrağımız belə yoxdur.

Bu gün o torpaqlarda Azərbaycan bayrağı qaldırmasaq, yaxın gələcəkdə övladlarımız Azərbaycan bayrağına bükülmüş şəkildə evimizə gətiriləcək.

Tarix
2020.05.11 / 20:16
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla