Yuxarı

Dahi Nizaminin hörmətsiz edilən büstü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dahi Nizaminin hörmətsiz edilən büstü - Foto

Sosial şəbəkdə (Feysbuk) Biləsuvarın İsmətli kəndində yaşayan gənc bir müəllimin statusu və yerləşdirdiyi şəkil diqqətimi çəkdi. Uzun-uzadı nəsə yazmağa ehtiyac duymadım. Status müəllifi zatən bir cümlə və şəkillə hər şeyə aydınlıq gətirib. Ona görə bir başa mətləbə keçirəm.

Əvvəl gənc müəllimin yazdığı statusu oxuyun və yerləşdirdiyi şəklə baxın. Biləsuvarın İsmətli kəndində yaşayan gənc müəllim Ziya Ziyadov: “Nizami Gəncəvinin Biləsuvarda, İsmətlidəki baxımsız büstü. Təmir olunub məktəb qarşısında yerləşdirilsə, gözəl olar”.

Mənim diqqətimi nə cəlb elədi?!

Təbii ki, dahi Nizaminin büstünün bu vəziyyətdə olması acınacaqlıdır və biabırçılıqdır. Ən pisi isə bu büstü bərpa edib məktəbin qarşısında yerləşdirimək üçün müraciət edəcək ünvanımız hələlik yoxdur. Başı onun-bunun pulunu, malını oğurlamağa qarışmış Biləsuvarın İcra başcısı həbsdə, Mədəniyyət Nazirliyinin rəhbərliyinin bir qismi içəridə, digər qismi də… Buna görə Biləsuvardan olan gənc müəllimin bu təşəbbüsünə cavab verəcək şəxslər tapmaq müşkül məsələdir. Yeni müdirlər, başçılar… gözləmək lazım gələcək.

Ona görə gənc müəllimin bu təşəbbüsünə diqqət yönəldərək başqa bir təkliflə çıxış etmək qərarına gəldim. Aidiyyəti olmasa da, Təhsil Nazirliyi bu təşəbbüsə qoşulsa, necə olar?

Dahi Nizaminin büstünü bərpa edib kənd məktəbinin qarşısında yerləşdirsə, hamımız təşəkkür edərik…

Tarix
2020.05.11 / 18:09
Müəllif
Şöhrət Əli
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla