Yuxarı

Bunu Prezident deyir və edir: Bəs, siz?..

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə təmsil olunan gənc deputatların yaxşı tərəfləri odur ki, elə gəncdirlər. Əksəriyyəti xaricdə təhsil alıb. Deməli, dünya görüşləri sağlam və zəngindir.

Əksəriyyətinin sosial şəbəkələrdə profilləri də var. Özlərinə əlçatan millət vəkili imici formalaşdırıblar.

Pis tərəfləri

Əksəriyyəti onlara verilən suallara cavab verməyə ya qorxur, ya da profillərinə özləri baxmır. Köməkçiləri də onlara, deyəsən, məlumat vermirlər.

Ölkədə baş verən hadisələrə öz baxışları və fikirləri yox dərəcəsindədir. Prezidentin, Milli Məclis sədrinin və ya digərinin (hərçənd baş verənlərə Prezidentdən başqa sağlam və aydın fikir bildirən yoxdur) fikirlərini kopyalayıb, öz profillərində paylaşırlar. Millət vəkili kimi cəmiyyəti maraqlandıran, narahat edən problemlərə münasibət bildirmək əvəzinə imitasiya ilə məşğuldurlar.

Bir dəfə demişəm, yenə deyirəm: Prezident baş verən hadisələrə münasibət bildirirsə, bu onun həm dövlət başcısı kimi, həm də Azərbaycanın birinci vətəndaşı kimi mövqeyidir. Vətəndaş kimi baş verən yaxşı və əyri məqamları dilə gətirir, tərifləyir və yaxud tənqid edir. Prezident kimi isə problemləri həll edir, neqativ hallara qarşı ciddi tədbirlər görür və gördüyü işi ictimaiyyətin, sıravi vətəndaşın diqqətinə çatdırır.

Başa düşmədiyim nədir?

Prezidentin bu fikirlərini, sözlərini, mətnlərini millət vəkilləri politoloqlar, ziyalıların təkrarlayaraq mətbuatda, cəmiyyətdə öz mövqeləri kimi təqdim etmələri nə dərəcədə düzgündür?

Düzünə qalsa, Azərbaycan mediası Prezidentin son kadr islahatlarını, koronavirus pandemiyası ilə əlaqədar görülən tədbirləri, DTX-nin apardığı həbslər barədə daha sağlam və aydın mövqe ortaya qoyur, nəinki bəzi millət vəkilləri və ziyalılar.

Çoxu gözləmə və ehtiyatlı mövqe sərgiləyir.

Səbəbini axtarsaq, daha ciddi məsələlər ortaya çıxacaq. Ona görə səbəb axtarmıram, axtarmaq istəmirəm.

Sadəcə, aydın, açıq, Prezidentin yürütdüyü siyasətə, cəmiyyətə, xalqa uyğun mövqe gözləyirəm.

Bu qədər bəsit!

Tarix
2020.05.14 / 16:39
Müəllif
Şöhrət Əli
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla