Yuxarı

Qarabağda raket partlamasa, biz çatlayacağıq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda raket partlamasa, biz çatlayacağıq

Artıq uzun müddətdir həyəcan təbili çalınır: Kür quruyur!

Mətbuatda, sosial şəbəkələrdə yayılan fotolara baxdıqda görünür ki, Kürdə adacıqlar əmələ gəlib. Paralel olaraq BMT də həyəcan təbili çalır: dünyada iqlim böhranı yaşanır, su üstündə müharibələr olacaq. Bir ölkə başqa bir ölkənin ərazisini artıq qızıla, neftə görə yox, suya görə işğal edəcək.

Dəhşətli deyilmi?

Bu məqamda sosial şəbəkələrin erməni seqmentində belə bir müzakirə gördüm: “Kür quruyur, Sərsəng su anbarından Azərbaycana su sata bilərik!”

Öz sərvətimizi özümüzə təklif edirlər.

Ölüb yerə girirəm xəcalətimdən. Təsəvvür edin, qonşu girir evinizə, sonra deyir ki, oğurladıqlarımdan birini sənə satıram.

Ağrılı durumdur.

Ötən gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 300 milyardıncı görüşü oldu. Görüşdən sonra yenə eyni bəyanat, şablon fikirlər və s. Söhbət Minsk Qrupunun bəyanatından gedir. Ermənistan XİN-in bəyanatı isə gün keçdikcə daha da aydınlaşır: onlar işğaldan vaz keçməyəcəklərini deyirlər.

Qəribədir, biz artıq danışıqlarda Qarabağın işğaldan azad edilməsini deyil, orada infrastruktur işləri aparılmamasını həmsədrlərdən tələb edirik. İllərdir danışıqlar gedir, amma nöqtə boyda işıq görünmür.

Sosial şəbəkələrdə yüzminlərlə insan hər gün Qarabağı tələb edir. İnsanlar heç bir çətinliyə yox, yalnız Qarabağ məsələsində boğaza yığılıblar. Yutubda şərhlərə baxıram: insanlarımız partizan dəstələri yaratmağa, Mübariz İbrahimov olmağa hazırdır.

Ermənistan heç vaxt bu qədər zəif və küncə sıxılmış duruma düşməyib: Bakının ciddi diplomatik zərbələrini alıb, ordusu da, iqtisadiyyatı da bərbaddır. Elə bu yaxınlarda Sərsəng su anbarı ilə bağlı Avropadan ədalətli bir bəyanat da gəldi.

Daha nəyi gözləyirik? Ermənilərin Sərsəngin suyunu bizə satmasınımı?

Demədi deməyin: Qarabağ məsələsində bıçaq sümüyə dirənib: mərmilər partlamalıdır, yoxsa biz çatlayacağıq...

Tarix
2020.07.02 / 00:29
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla