Yuxarı

Koronadan xilas üçün bu ət lazımdır...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronadan xilas üçün bu ət lazımdır...

Koronavirusla mübarizədə bizə bircə orqan lazımdır: beyin!

Bu gün virus ölkədə belə sürətlə yayılırsa, bunun əsas səbəbi başında beyin əvəzinə başqa zad gəzdirənlərdədir. Söhbət hər addımda virusun yalan olduğunu deyib bu istiqamətdə təbliğat aparanlardan gedir.

Terrorçu olmaq üçün təkcə haranısa partlatmaq və ya gülləbaran etmək lazım deyil ki! Adi bir şayiə ilə terrora səbəb olmaq mümkün.

Əvvəllər çoxunun bir arqumenti var idi: deyirdi, koronadan ölən bircə tanışınızı göstərin! Qardaş, bacı, mən başa düşmürəm, siz Mars planetinin mövcud olduğunu öyrənmək üçün ora qohum-əqrəbanızı göndərmisiniz? 40 ildir dünya QİÇS-lə əlləşir, indiyə kimi heç bir qohumum, tanışım bu xəstəlikdən ölməyib. Onda bu dəhşətli xəstəliyin varlığına inanmamalıyam?

İndi çoxunun “virus yoxdur” bəhanəsi kəsilib, çünki artıq qohum-tanışları bu virusa yoluxub, həyatını itirib. Amma buna rəğmən, hələ də həyatımızı təhlükəyə atanlar tapılır. Məsələn, siçovul kimi deşiklərə girib toy, nişan, ad günü edənlər...

Ay adamlar, sizə insan kimi deyildi ki, mərasim, toplaşmaq qadağandır! Axı niyə zirzəmiyə-zada soxulub mərasim keçirirsiz? Çox vacibdirmi artıq əti kəsmək üçün bu qədər tələsmək, camaatı bir yerə yığmaq. Sizə Prezidentin sözü, dövlətin qanunu kar eləmir?

“Feyrmont”da, başqa otellərdə yığışan bazar təfəkkürlü varlılardan danışmağa belə dəyməz. Onlar karantində sünnət toyu keçirənlərdən də aşağı düşüncəyə malikdirlər.

Sünnət e, a kişi, sünnət. Başa düşmürəm, qaçmır ki! Kəsəcəksiniz də, nə vacibdir axı? Niyə tələsirsiniz?

Amma madam ki, kəsdirirsiniz, zəhmət olmasa, o artıq ətdən beyin düzəltdirin. Çünki hazırda sizin yalnız beyinə ehtiyacınız var.

Tarix
2020.07.07 / 21:53
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla