Yuxarı

Türk rejissor yenə bizim aktyorları seçdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk rejissor yenə bizim aktyorları seçdi

Bir neçə gün öncə Nizami Kino Mərkəzində təqdimatı keçirilən "Tərk edilmiş" filminin davamı çəkiləcək.

Axar.az xəbər verir ki, rejissor Korhan Uğurun filmində yenə də baş rollarda azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev çəkiləcək.

Bu barədə Kamran Ağabalayev açıqlama verib. Onun sözlərinə görə, filmin davamında çəkilmək təklifi Könülə filmin Bakı təqdimatı zamanı gəlib.

"Rejissor bizim oyunumuzu çox bəyənib. Biz də məmnuniyyətlə filmin davamında çəkilməyə razılaşdıq. Bu dəfə ssenari bir az fərqli olacaq. Rejissor tamaşaçılara mənim necə cinayətkar olduğumu göstərmək qərarına gəlib. Bir sözlə, mənim qəhrəmanımın hekayəsi çəkiləcək. Düzünü desəm, çəkilişlərin başlamasını səbirsizliklə gözləyirəm. Rejissor artıq yayda çəkilişlərə başlamağı planlaşdırır. Bu bizim Könüllə növbəti uğurumuzdur", - deyə Kamran bildirib.

Qeyd edək ki, birinci film Suriyadakı münaqişə nəticəsində Türkiyəyə qaçan və öz böyrəyini sataraq yoxsulluqdan çıxmağa çalışan qadının həyatı barədədir. Filmin sloqanı belədir: "Bəzilərinin bədbəxtliyi digərlərini xoşbəxt edir və biz buna insanlıq deyirik".

Tarix
2015.04.09 / 18:05
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla