Yuxarı

Diri baba türbəsində 8000 turist

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diri baba türbəsində 8000 turist

Qobustan Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, təkcə 2014-cü ildə Diri baba türbəsinə 8000 turist gəlib. Onlardan 3000 nəfəri xarici turistlərdir.

Axar.az xəbər verir ki, ötən il gələn turistlərin sayı 2013-cü illə müqayisədə 1000 nəfər çoxdur.

Qeyd edək ki, orta əsr Şirvan-Abşeron memarlığına aid olan, tarixçilərin, arxeoloqların, habelə turistlərin də böyük maraq göstərdikləri bu abidə Qobustan rayonunun inzibati mərkəzi - Mərəzə qəsəbəsinin yaxınlığında yerləşir. Sufiliyin Xəlvətiyə təriqətinin tanınan nümayəndələrindən birinə məxsus olduğu güman edilən bu əzəmətli abidə bu günədək gəlib çatıb. Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağ-tavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Qayanın daxilindəki balaca bir mağara ilə birləşən salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır.

Diri baba türbəsinin məhz belə bir orijinal memarlıq forması, əzəməti və möhtəşəmliyi onu görənlərdə, istər yerli, istərsə də xarici turistlərdə böyük təəssürat, sonsuz maraq yaradır.

Tarix
2015.04.14 / 00:58
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla