Yuxarı

Saçı sehrli 7 şahzadə və İran şah hərəmi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saçı sehrli 7 şahzadə və İran şah hərəmi - Foto

Son zamanlar sosial şəbəkələrin gündəmini zəbt edən İranın şah xanımlarının fotoları hər kəsin maraq dairəsindədir.

Axar.az sözügedən fotolarla və ümumilikdə XIX əsr şahzadələri ilə bağlı kiçik bir araşdırma aparıb. İnternetdə çoxsaylı müzakirələrə səbəb olan fotolar doğrudanmı XIX əsr şahzadələridir? XIX əsrin şahzadələri necə görünürdü? Bütün bu suallar sizi maraqlandırırsa, onda bu yazı sizin üçündür.

Saçı uzun Suray xanım...

XIX əsrdə şahzadələri bir-biri ilə saçlarının uzunluğuna görə yarışırdı. Əgər bir qadının saçı uzun idisə, o, gözəllik ilahəsi hesab olunurdu. Bu səbəbdən istər Qərb, istərsə də Şərq şahzadələri saçlarına xüsusi qulluq edir, saç uzunluğuna xüsusi bir həssaslıqla yanaşırdılar.

Saçları sehrli 7 şahzadə

Dünyanın ən gözəl şahzadələri ABŞ-da yaşayan Sazerlend bacıları hesab olunurdu. Çünki onların saçlarının uzunluğu 11 metrə çatırdı. Sara, Viktoriya, İzabella, Qreys, Nayomi, Dora və Meri Sazerlend bacıları musiqi alətlərində ifa edir, xalqın önündə mahnı oxuyurdular. Onları dünyanın müxtəlif ölkələrindən izləməyə gələn insanlar şahzadələrin gözəlliyini əfsanələşdirmişdi. Hətta Qərb ölkələrində bu yeddi bacının qeyri-adi gücə malik olduqları, saçlarının sehrli olduğu ilə bağlı şayiələr də yayılmışdı.

Öz uzun saçları və özünəməxsus gözəlliyi ilə amerikalı bacılardan sonra Avstriya şahzadəsi Yelizaveta bütün dünyada məşhur idi. Sisi ləqəbi ilə tanınan Yelizaveta gün ərzində üç saatını yalnız saçlarına qulluğa ayırırdı.

Lüdviqin bacıları

XIX əsrdə bütün Avropada öz gözəllikləri və uzun saçları şöhrət qazanan xanımlar arasında dünyanın ən gözəl şahzadəsi hesab olunan Bavariya şahzadəsi Lüdviqin bacıları – Sisi, Sofi özünəməxsus yer tuturdu.

Mariya Kristina

İspaniya şahzadəsi XII Alfonsonun xanımı Mariya Kristina da ən gözəl şahzadələrdən hesab olunurdu. Amma onun saçları digər şahzadələrlə yarışacaq dərəcədə uzun və gözəl hesab olunmurdu.

Gəldik çıxdıq Şərq aləminə və onun şahzadələrinə. Şərqin şahzadələri də bu dövrdə öz uzun saçlarına qulluq etməkdə öz rəqiblərindən geri qalmırdılar. Amma təəssüf ki, onlar Qərb hersoginyaları qədər gözəl deyildilər. Fotolardan da göründüyü kimi, XIX əsrdə İranda hakimiyyətdə olan Nəsirəddin şah Qacarın hərəmxanasının xanımları Qərb gözəllərindən çox geri qalırdılar.

Tarix
2015.04.15 / 01:40
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

Diplomatlar Laçında sədərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla