Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 Sentyabr 2020


Əgər Şeyx Nobel mükafatı alsa... – Ziyalılar danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin təsdiqlənməsindən sonra ermənilər onunla bağlı antitəbliğat kampaniyasına başlayıblar. İşğalçı ölkənin nümayəndələri Şeyx haqqında “erməni düşməni”, “millətçi”, hətta “narkobaron” kimi çirkin ifadələrdən istifadə edirlər.

Ermənilərin bu qaralama cəhdləri barədə Kult.az-a danışan xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, o, Şeyxi çox ləyaqətli bir insan kimi tanıyır:

“Şeyx dünyada çox böyük hörməti və nüfuzu olan din xadimidir. Özüm şahidi olmuşam ki, Azərbaycanın xeyrinə, ölkəmizin mənafeyi uğrunda xarici ölkələrdə əks tərəflərlə əməlli-başlı mübarizə aparıb. Mən ona uğurlar arzulayıram. Şeyxin Nobeli alıb-almayacağı ilə bağlı fikir səsləndirmək asan deyil. Çünki Nobel Sülh Mükafatı və həmin proseduraların həyata keçirildiyi məkan “qara yeşik” kimi bir şeydir. Heç kim deyə bilməz ki, orada nə baş verir. Biz ancaq nəticəni görəcəyik. Hesab edirəm ki, Şeyx bu mükafata layiqdir. İnşallah, layiqincə qiymətləndirilər”.

Yazıçı Aqil Abbas da Şeyxin bu mükafatı almasına çox sevinəcəyini bildirib:

“Mən Şeyxi sevən adam kimi onun bu mükafatı almasına yalnız sevinə bilərəm. Şeyxin bu uğuru bütün türk və islam dünyasının uğuru olar. Və buna sevinməyən birisinə nə müsəlman, nə də türk demək olar”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə də Şeyxin Nobel mükafatına layiq olduğunu deyib:

“Onun bütün fəaliyyəti humanistliyin cəmiyyətdə geniş yer tutması, insanlara qayğı, diqqət, onların problemlərinin həll edilməsi, müharibənin və zorakılığın dayandırılmasına söykənir. Eyni zamanda Şeyx həzrətləri dinlərarası dialoqlara da böyük əhəmiyyət verir. Onun təşəbbüsü ilə Azərbaycanda çoxsaylı dinlərarası dialoq tədbirləri keçirilir. Şeyx bu gün Azərbaycandan kənarda, keçmiş MDB məkanında, Şərq ölkələrində, hətta Avropada yüksək nüfuza malikdir. Onun Nobel mükafatına layiq görülməsi sülh, dinlərarası dialoqun genişlənməsi məsələsində çox böyük bir addım olar. Şübhəsiz ki, bu gün erməni millətçiləri və antiazərbaycan mərkəzləri bununla bağlı qarayaxma kampaniyası aparırlar, amma Şeyx həzrətlərinin fəaliyyəti hər kəsin gözü qarşısındadır və ona qarşı atılan istənilən çirkin iftiranın heç bir gələcəyi yoxdur”.

Tarix
2020.09.11 / 16:02
Müəllif
Tural, Xədicə
Şərhlər
Digər xəbərlər

Şəhid pilotumuzun xanımı yazdı: O an yetişdi

Behrudinin Qarabağ savaşı ilə bağlı çağırışı – Video

“Azərnəşr” ordumuza 10 min manat bağışladı

Bilirsinizmi Qarabağda nə baş verir?

Məşhur Sədat Pekərdən Azərbaycana dəstək

Türkiyəli məşhurlardan Azərbaycana dəstək - Foto

Prezidentin qələbəyə tam əmin çıxışı!

Bakı Türk-Azərbaycan bayraqlarına bürünür - Foto

Bu gün Dünya Turizm Günüdür

Köhnə çaynik yarım milyona satıldı

KULT
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla