Yuxarı

Selfi çubuğunun qəribə ixtira tarixçəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Selfi çubuğunun qəribə ixtira tarixçəsi

Selfi çubuğu 20 il ara ilə iki dəfə ixtira olunub. Dünyanın fərqli qitələrindəki iki fərqli insan tərəfindən Avropa səyahəti zamanı yaşanan problemlər ucbatından…

Axar.az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra selfi çubuqları bütün dünyada sürətlə yayıldı və eyni sürətlə də müxtəlif ölkələr tərəfindən qadağan olunmağa başladı.

İndi bir çox stadionda, konsert zalında, muzeydə, hətta Əpl şirkətinin konfranslarında selfi çubuqlarına qadağa mövcuddur.

Selfi çubuqları bir zamanlar o qədər əhəmiyyətsiz görünürdü ki, "101 ən lazımsız yapon ixtirası" siyahısında yer almışdı.

İlk selfi çubuğu 1980-ci ildə Hiroşi Ueda tərəfindən ixtira olunub. Ueda o vaxtlar "Minolta" şirkətində işləyirdi və daim öz üzərində işləyən bir fotoqraf idi. Avropaya səfər zamanı onun fotoaparatını oğurlayırlar. Bu hadisədən sonra öz xanımı ilə şəkil çəkdirmək istəyəndə fotoaparatını heç kimə etibar etmir:

"Parisdə Luvr muzeyində idik. Bir uşaqdan fotomuzu çəkməsini istədim. Arxaya çəkilən kimi fotoaparatımı oğurlayıb qaçdı".

Bu problemə bir son qoymaq lazım idi. Bundan sonra Ueda uzatma çubuğu – selfi çubuğunu ixtira etdi. 1983-cü ildən satışa buraxılsa da, kifayət qədər alıcı toplaya bilmədi. Ueda fikrindən dönmədi və 30 il boyunca öz ixtirasını yanında gəzdirdi.

2003-cü ildə Uedanın patent hüquqları sona çatdı. Yəni selfi çubuğunun məşhurluq qazanmasından 10 il öncə. Ueda bu haqda belə deyir: "Mənim ixtiram bir az tez oldu. 300-ə yaxın zamansız ixtiram var, selfi çubuğu da onlardan biri idi".

Tarix
2015.04.22 / 02:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla