Yuxarı

Azərbaycan yazarı İtaliya TV-sində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan yazarı İtaliya TV-sində

Yazıçı Kamal Abdulla İtaliyanın "Rai 3" kanalında Dünya Kitab və Müəllif Hüquqları Günü ilə bağlı Milanda hazırlanmış televiziya proqramının qonağı olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, İtaliya Naşirlər Assosiasiyasının "İo legge perche" (Mən oxuyuram, çünki...) layihəsi çərçivəsində yayımlanmış proqrama, xüsusilə, ədəbi keyfiyyətinə, oxucular tərəfindən yüksək qiymətləndirilməsinə və böyük tirajla satışına görə seçilən kitabların müəllifləri dəvət edilib. Yazıçı Kamal Abdullanın italyan oxucular tərəfindən maraqla qarşılanan "Yarımçıq əlyazma" romanı da bu nəşrlər arasındadır.

Proqramda Kamal Abdulla kitab oxumağın faydaları ilə bağlı fikirlərini tamaşaçılarla bölüşüb: "Mən oxumağı sevirəm, çünki bilirəm ki, bu zaman xalqlar bir-birini daha gözəl tanıyır, bir-birinin xasiyyətinə, təbiətinə daha yaxşı bələd olur. Tolerantlıq üstünlük qazanır və insanların qəlbinə mərhəmət, şəfqət hissləri dolur. Mən kitabın səhifələrini açdıqca ölkələrin qapalı sərhədləri də mənim gözümdə açılır və söz hakimi-mütləq olur, söz qılınca qalib gəlir".

Qeyd edək ki, "İo legge perche" (Mən oxuyuram, çünki...) layihəsi İtaliyada müxtəlif kitabların təbliği və kitabsevərlərin bir araya gəlməsi üçün irəli sürülən ən önəmli təşəbbüslərdəndir.

Tarix
2015.04.24 / 17:56
Müəllif
Nigar An
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla