Yuxarı

Xalq artistləri Avropa Oyunlarından danışdılar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistləri Avropa Oyunlarından danışdılar

12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 44 gün qalıb.

Bu mötəbər turnirlə bağlı sənət adamları fikirlərini Axar.az-la bölüşüb:

Afaq Bəşirqızı (xalq artisti):

"Hər hansı bir tədbir olanda əsl vətəndaş vətəninin sabahı üçün bunun xeyirli olacağına ümid bəsləyir. Təbii ki, Avropa oyunları ilə əlaqədar xarici ölkələrdən azarkeşlər gəlib bizim ölkənin gözəlliyini, mədəniyyətini görəndə turistə çevriləcəklər. Hər bir şəhərin turisti isə onun iqtisadi inkişafı deməkdir. Mənə elə gəlir ki, Avropa oyunlarının Azərbaycanda keçirilməsində çox xeyirli məqamlar var".

Azərpaşa Nemətov (xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri):

"Mənə elə gəlir ki, bu, çox böyük hadisədir. Keçmiş idmançı kimi çox sevinirəm ki, möhtəşəm Avropa Oyunları ilk dəfə Azərbaycanda – Bakıda keçiriləcək. Buraya təkcə idmançılar, onların məşqçiləri deyil, eyni zamanda, dünyanın bir çox ölkələrindən, hətta Avropa qitəsindən kənarda yerləşən ölkələrdən də çoxlu jurnalistlər gələcək. Maraqlanacaqlar ki, görəsən, Azərbaycan necə yerdir, Avropa Oyunlarına necə hazırlaşıb? Avropa Oyunları ilə bağlı stadionlar, maraqlı yerlər tikilib. Bunlar hamısı şərtdir, ona görə mən sevinirəm, Azərbaycanımızı təbrik edirəm, böyük uğurlar arzulayıram".

Tarix
2015.04.29 / 22:24
Müəllif
Nigar An
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla