Yuxarı

Eyni yol keçən Obama, Putin, Medvedev...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eyni yol keçən Obama, Putin, Medvedev...

Dünya tarixinə adını qanlı hərflərlə yazdırmış diktatorların, eləcə də, bir çox siyasətçilərin hansı ixtisas üzrə təhsil alması həmişə maraq doğurub.

Axar.az hər birimizin tanıdığı məşhur siyasətçilərin əsil ixtisasını təqdim edir:

Vladimir Putin – Rusiya Federasiyasının Prezidenti

Leninqrad Dövlət Universiteti

Vladimir Putin 1970-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub: "Cəmi 100 nəfər qəbul olundu. Onlardan onu orta təhsilini başa vurduqdan sonra, 90-ı isə hərbi xidmətdən sonra qəbul oldu. Buna görə də biz məktəblilərin şansı çox aşağı idi. Mən bir fəndən "dörd", qalan fənlərdən isə "beş" almaqla universitetə daxil ola bildim".

Dmitri Medvedyev – Rusiya Federasiyasının baş naziri

Leninqrad Dövlət Universiteti

Medvedev 1987-ci ildə Leninqrad Universitetinin bakalavr üzrə hüquq fakültəsini bitirib, 1990-cı ildə isə aspirantura pilləsi üzrə təhsilini başa vurub.

Universitetdə oxuyarkən 1991-ci ilin avqustuna qədər Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.

Barak Obama – Amerika Birləşmiş Ştatlarının prezidenti

Kolumbiya Universiteti

Kolumbiya Universitetini bitirdikdən sonra Obama uzun müddət hüquq müdafiəçisi kimi çalışıb.

Aleksandr Lukaşenko – Belarus Respublikasının prezidenti

Mogilev Dövlət Universiteti

Lukaşenko 1975-ci ildə Mogilev Universitetinin tarix fakültəsini bitirib.

Hillari Klinton – ABŞ-ın keçmiş dövlət katibi

Yel Universiteti

Hillari Klinton 1969-cu ildə Yel Universitetinin hüquq fakültəsinə daxil olub. 1973-cü ildə isə elmlər doktoru dərəcəsini alıb.

Silvio Berluskoni – İtaliyanın keçmiş baş naziri

Milan Universiteti

Berluskoni 1954-cü ildə Milan Universitetinin hüquq fakültəsinə daxil olur. Universitetdə təhsil ala-ala toylarda fotoqraflıq edərək pul qazanır.

Marqaret Tetçer – Böyük Britaniyanın keçmiş baş naziri

Oksford Universiteti

1947-ci ildə Oksford Universitetinə daxil olur və 1951-ci ildə kimya üzrə təhsilini başa vurur.

Tarix
2015.05.02 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Bu, Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyətini artırır

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla