Yuxarı

Ünlü aktrisadan qadınları şoka salacaq – Etiraf

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ünlü aktrisadan qadınları şoka salacaq – Etiraf

1950-ci illərin seks simvolu yaşadığı ömrün puç olduğunu etiraf edib.

Axar.az xəbər verir ki, 21 illik sənət karyerasında 48 filmdə çəkilən, 80-ə yaxın mahnı ifa etməsinə və 200-ə yaxın müzikldə çıxış etməsinə baxmayaraq, dünya şöhrətli fransalı ulduz Bricit Bardo həyatından son dərəcə narazıdır.

Aktrisa bu gülərdə Fransa mediasına verdiyi açıqlamada aktrisalıq peşəsinə yiyələndiyi üçün çox peşman olduğunu dilə gətirib:

"Mən öz köhnə filmlərimə baxanda açıq-saçıq səhnə obrazlarımı böyük dəhşətlə qarşılayır və özümə nifrət hissi ilə televizoru söndürürəm. Əsil qadın xoşbəxtliyi onun yaratdığı obrazlarla deyil, qurduğu isti yuva ilə ölçülür".

Məşhur aktrisa hicablı müsəlman qadınlar haqda da fikir bildirib:

"Tez-tez müsəlman ölkələrinə turist kimi səyahət edirəm. Maraqlıdır ki, ilk baxışdan çadraya bürünən və qul təəssüratı bağışlayan qadınlar olduqca xoşbəxt və qayğısızdır. Ərlərinin onları "həbibim" deyə çağırması istər- istəməz məndə kədər yaradır. Bir qadın olaraq düşünürəm ki, görəsən nə üçün mən bütün bu xoşbəxtlikdən məhrumam? Yenidən gəncliyimi geri döndərə bilsəydim, həyatımı puç edən şöhrətə birdəfəlik əlvida deyib, ailə həyatı qurar, övlad sahibi olardım. Hazırda yanımda yalnız aclıq hissi yarandıqda məni xatırlayan iki pişiyim və itim var. Vəssalam".

Tarix
2015.05.05 / 08:30
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla