Yuxarı

Faşistlərin qorxulu röyası - Tuva türkləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faşistlərin qorxulu röyası - Tuva türkləri

İkinci Dünya Müharibəsində faşistlərə divan tutan Tuva türkləri haqda çox az adamın məlumatı var. Onların əksəriyyətinin müharibə dövründə həlak olması, göstərdikləri qəhrəmanlıqlar isə demək olar ki, unudulub.

Axar.az-ın əməkdaşı qısa araşdırma apararkən maraqlı məlumatlar əldə edib. Rusiyalı tarixçi Aleksey Rudeyeviç müharibə illərində çox böyük qəhrəmanlıq göstərən tuvalıların həyat hekəyəsini qələmə alıb. Məqalədə deyilir ki, 21 iyun 1941-ci ildə Hitlerin Sovet İttifaqına hücumundan bir gün sonra Tuva Respublikası Almaniyaya müharibə elan edib. Həmin dövrdə Tuva müstəqil Respublika idi və tuvalılar SSRİ lideri İosif Stalinə məktub yazaraq, "Sizinləyik, birlikdəyik. Bu, eyni zamanda bizim də döyüşümüzdür", - deyərək cəbhəyə yollandılar.

İlk vaxtlarda atlı qoşunla faşistlərin qarşısına çıxan tuvalılar qısa vaxt ərzində qarşı cəbhədə məşhurlaşdılar. Hətta almanlar onlara "Qara ölüm" (Der Schwarze Tod) adı da vermişdi.

Atillanın ordusu kimi döyüşürdülər

Tuva türklərinin Hun imperatoru Atillanın ordusu kimi savaşdığını qələmə alan rus tarixçi onların əsir düşməkdənsə ölməyi üstün tutduqlarını yazır:

"Tuvalılar qəhrəmancasına döyüşürdü. Faşistlər gözlərini açmağa macal tapmırdı. Onlar həyatını itirir, amma təslim olmurdular. Bir dəfə ölən əsgər yoldaşlarının qisasını almaq üçün gecə vaxtı faşistlərin üzərinə hücum çəkdilər. Bu hadisə ilə bağlı sovet komandirlər baş qərargaha gizli teleqram vurdular. Yazıda onların tutulması üçün almanların itlərdən istifadə etdiyi qeyd olunmuşdu. Lakin tuvalılar ayı, canavar, tülkü dərisindən hazırlanan ovçu paltarı geyindikləri üçün itlər də onları tapmaqda çətinlik çəkirdi. Bu hadisədən sonra Moskva teleqrama cavab verərək tuvalılara "Ovçudan daha çox əsgərsiniz" xəbərdarlığını etdi".

Məqalədə bildirilir ki, müharibə illərində 80 min əhalisi olan Tuva Respublikasından 8 mindən artıq insan cəbhəyə getmiş, onlardan 6 mini qəhrəmanlığa görə Sovet İttifaqı tərəfindən təltif olunmuşdu. 2 tuvalı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Tuva xalqı müharibə illərində Sovet ordusuna kömək üçün təxminən 80 milyon rubl qızıl, 50 min at, 750 min baş heyvan və ayrıca tonlarla müxtəlif qida məhsulları və isti geyimlə yardım edib.

Tarix
2015.05.08 / 22:44
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Vətəndaşlar pullarını bu bankdan geri çəkir

Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

Bayramov Arakçı ilə danışdı

Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla