Axar.az
Yuxarı

Axar.Az Logo

Qazi oğlu olan Şəhid Çilingir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cilingir Azad oglu Nəbiyev!.. Şəhid Cilingir!

“Açarçı, açar düzəldən”, yaxud “əllə metaldan müxtəlif əşyalar quraşdıran və ya təmir edən usta” – Cilingir sözünün anlamı bu şəkildədir. Ərəblər deyər, “bu dünyada təsadüf yoxdur, təvafüq var” – Cilingir öz adının, atasının adının anlamları və soyadının verdiyi enerji doğrultusunda bir ömür yaşadı və hələ 24 yaşındaykən adların, titulların ən gözəlinə yetişdi: torpaqlarımızın azadlığı uğrunda Şəhid oldu!

Cilingirin atası I Qarabağ müharibəsinin qazisidir, özü II Qarabağ müharibəsinin Şəhidi oldu! Şəhidin qardaşı İbrahim Azad oğlu Nəbiyev Silahlı Qüvvələrimizin zabitidir, hazırda cəbhə bölgəsində xidmət göstərir.

1996-cı ilin ilk ayının 18-ci günündə Tovuzun dağlar qoynunda yerləşən Şıxheybət kəndində doğulub Cilingir. 9 illik təhsilini Hacılar kənd orta məktəbində alıb; sonra Azərbaycan Dövlət Pedaqoji Kollecində “Texnologiya müəllimliyi” ixtisasına yiyələnib. 2015-ci ildə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçib. Xidmət dövründə “Fəxri fərman”larla təltif olunub, ailəsinə “Təşəkkür məktubu” göndərilib.

Cilingir hərbi xidmətdən tərxis olunduqdan sonra, 2017-ci ildə Müdafiə Nazirliyi sistemində müddətdən artıq hərbi xidmət etmək üçün müraciət edib. Gizirlik kursunu uğurla bitirdikdən sonra N saylı hərbi hissədə tank komandiri vəzifəsində xidmət göstərib.

Azərbaycan Böyük Vətən müharibəsi başlayınca ön cəbhəyə yollanan Cilingir Füzulinin, Cəbrayılın azad edilməsində başarıyla iştirak edib. Zəngin Azərbaycan tankçılıq məktəbinin gələnəklərini məsuliyyətlə davam etdirməyə, özünəməxsus töhfələr verməyə çalışan yeni nəsil hərbçilərimizdəndi Cilingir Azad oğlu Nəbiyev. O, döyüşlərin 1 ayı tamam olan gün, 27 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə Uca Şəhidlik zirvəsinə yüksəlib.

Fədakar tankçımız ailəliydi; 1 yaş yarımlıq Ayxanı yadigar qaldı.

Cilingir! – Qazi oğlu, döyüşən zabitin qardaşı, böyük gələcəyə qanadlanan Ayxanın atası!

Onu tanıyanlar təsdiq edir: “Cilingirin üzü həmişə gülərdi. Sanki o üz fərəh üçün, sevinc üçün, gözəl günlər üçün yaranıb”...

Mən bilərəkdən keçmiş zamanda bitirmək istəmədim cümləni. Milli, dini inancımıza görə Şəhidlər ölməzdir! Ruhu şaddır Şəhidimizin!

O, bir Qazi oğluydu, Ayxansa Şəhid oğludur. Ayxana xoşbəxt gələcək, uzun ömür, möhkəm cansağlığı və əlbəttə, atasının adına layiq oğul olmağı arzu edir, bu arzumuzun çin olacağına inanırırıq!

Ayxanın qəhrəman atası ermənilərin xaraba qoyduğu Qubadlıda şəhid oldu, inşallah o, böyüyəcək, yenidən qurulmuş, firavan Qubadlıya səfər edəcək, kim bilir, bəlkə taleyini Qubadlıya bağlayacaq, xoşbəxtliyini Qubadlıda tapacaq… Şair demiş, “Ata gedər, oğul gələr, öz qalar”…

Ayxanlar var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.11.23 / 22:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Şuşada erməni kilsəsi olmayıb - Tarixi faktlar

70 il evli olan cütlük əl-ələ verib, dəqiqə fərqi ilə öldü

ABŞ-da Putinə bənzəyən oyuncaq - Foto

Bakıda öldürülən ziyalımızın 20 Yanvar şeiri üzə çıxdı

“Alibaba”nın qurucusu 3 ay sonra üzə çıxdı

Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirildi

Əli Həsənovdan üzr istəyirəm – 25 ilə görə...

Nazirlikdən Lüteran kilsəsi ilə bağlı - Video

Ermənilərin növbəti xain cəhdi: Bu dəfə Gürcüstanda... - Foto

Xalq artisti 80 illik yubileyini reanimasiyada qarşıladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla