Yuxarı

“Reqnum” Mahmudovun “həyasız”ını “həyalı” etdi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Reqnum” Mahmudovun “həyasız”ını “həyalı” etdi – Foto

Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən “Reqnum” informasiya agentliyi AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun fikrini təhrif edib.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Kult.az-a verilən məlumata görə, Yaqub Mahmudov bu günlərdə Azərbaycan və rus dillərində yerli mediaya verdiyi açıqlamasında Qarabağdakı xristian abidələrinin qədim Azərbaycan-Albaniya mirası olduğunu bəyan etmişdi.

Tarixçi alim həmin açıqlamasında Fransa Prezidenti Makronun Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirməsini isə həyasızlıq adlandırmışdı. Açıqlamada o hissə belədir: “Bu günlərdə içərisində Alen Delon, Pyer Rişar, Jan Renonun da yer aldığı 120-dən çox tanınmış fransız ermənilərə dəstək üçün imza toplayıb və tarixi faktın ziddinə gedərək onların Qarabağda 2 min ildən çox yaşadıqlarını iddia ediblər. Fransa Prezidenti Makron isə həyasızcasına Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirir. Görünən odur ki, bəzi Qərb dairələri açıq şəkildə erməni vandallarını müdafiə edirlər”.

“Reqnum” agentliyi isə Yaqub Mahmudovun fikrini təhrif edərək, “həyasızcasına” sözünü “həyalı” olaraq dərc edib.

Tarix
2020.11.28 / 21:56
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla