Yuxarı

Ordumuzun 38 yaşlı şəhid tankçısı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun 38 yaşlı şəhid tankçısı...

Anar Hüseyn oğlu Hüseynov: 8 noyabr 1982-ci ildə Tovuz rayonunun sərhəd kəndi olan Əlibəylidə doğulub.

1-ci sinifə Əlibəyli kənd tam orta məktəbində gedib; 1999-cu ildə Milli Qəhrəman Qasım Rzayev adına Hacalı kənd tam orta məktəbini bitirib. 2010-ci il oktyabrın 12-də həqiqi hərbi xidmətə gedən Anar Sərhəd Qoşunlarında xidmət edib. O, 5 aprel 2012-ci ildə xidmətini layiqincə başa vurub və çavuş rütbəsi ilə evlərinə dönüb.

Həqiqi hərbi xidmətdən bir müddət sonra müddətdən artıq xidmət edən Anar hərbi xidmətdə bir çox uğurlar qazanıb. 28 noyabr 2015-ci ildə isə N saylı hərbi hissənin komandiri tərəfindən “Fəxri fərman”la təltif olunub.

Anar 2016-cı il aprel döyüşlərinin fəal iştirakçısı olub. O, 2020-ci ildəki hərbi təlimlərdə tankda baş sürücü-mexanik kimi iştirak edib.

Azərbaycan Böyük Vətən müharibəsinə qatılan Anar şəhadətini də döyüşlərin ilk günü, Füzuli istiqamətində içib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə böyük arzu və əzmkarlıqla atılan Anar daha uzun müddət döyüşlərdə iştirak etmək arzusuna çatmasa da, öz hərbçi ləyaqətini, vətənpərvərliyini, fədakarlığını şəhidlik mərtəbəsi ilə təsdiq edib. Şəhidimiz Əlibəyli kənd qəbiristanlığında dəfn olunub.

Həyat yoldaşı ilə danışanda deyərmiş ki, istəyim tankımın hücum zamanı öndə getməsidir

Anarın qardaşı Tahir 1-ci Qarabağ müharibəsi veteranıdır.

Bir oğlu, bir qızı yadigar qalıb Anarın. Oğlu Nurlan hazırda 7-ci sinifdə oxuyur.

Nurlan idmanın sərbəst güləş növü ilə məşğul olur; rayon və zona yarışlarına qatılıb, bir çox diplomlara layiq görülüb. Qızı Nuray 6-cı sinifdə oxuyur. Nuray Tovuz Milli Rəqs Məktəbinin tələbəsi olan zaman “Təşəkkürnamə”lər alıb.

Şəhidimiz uşaqları ilə danışanda həmişə yaxşı oxumağı tövsiyə edərmiş. Bu qısa bilgilərdən də göründüyü kimi, Nurlan və Nuray atalarının – nur içində yatan cənnətməkan şəhidimiz Anar Hüseynovun adına layiq böyüyürlər. Onların hər uğuru atalarının ruhunu şad edəcək. Atalarının adı isə daim onların qürur mənbəyidir.

Adın həmişə anılacaq, əziz Anar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Vətənimizin bayrağı həmişə uca olsun!

Şəhid ruhuna əbədi ehtiram!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Tarix
2020.12.03 / 07:00
Müəllif
Kult.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla