Yuxarı

Anası “Gəncə” alayında döyüşmüşdü, özü Şuşada...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşad İlqar oğlu Ələkbərov paytaxt Bakının yadellilərin işğalından azad edildiyi günün 79-cu ildönümündə - 15 sentyabr 1997-də doğulub. Doğulduğu günün, daşıdığı adın energetikasına, mahiyyətinə uyğun həyat və aqibət yiyəsi olub Rəşad. Şuşa uğrunda döyüşüb, Şuşanın azadlığını görüb, Şuşa-Laçın istiqamətində şəhid olub...

Rəşadın anası, vətəncanlı Nailə xanım Ələkbərova I Qarabağ müharibəsində “Gəncə” alayının tərkibində iştirak edib (1992-93), Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə yaralanıb. Vətəncanlı ananın vətəncanlı oğlu Rəşada II Qarabağ müharibəsində iştirak etmək, anasının və silahdaşlarının yarımçıq qalmış arzularının gerçəkləşməsində fədakarlıqla döyüşmək, qalib olmaq – Şuşada üçrəngli müqəddəs bayrağımızın sancıldığını görmək nəsib olub!..

Rəşad Ələkbərov Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib (2017), 2019-cu ildə hərbi xidmətdən tərxis olunub. 2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində baş vermiş döyüşlərdən sonra Rəşad Kəpəz rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə gedərək, könüllü qeydiyyatdan keçib – döyüşlərə getmək istəyini ifadə edib. Azərbaycan Böyük Vətən Müharibəsi başlayan kimi yenidən həmin idarəyə müraciət edən Rəşad, nəhayət, istəyinə çatıb. Doğrusu, anasının tək övladı, yeganə ümid yeri olmasına baxmayaraq, vətəncanlı Rəşadın bu comərdləyinin özü undulmaz, kitaba düşəsi, könüllərə yazılası hadisədir.

Rəşad öncəbhəyə getməmişdən öncə Şəmkirdə yerləşən N saylı hərbi hissədə hərbi təlimə cəlb olunub, sonra döyüşlərə göndərilib – Vətən uğrunda döyüşlərə! – Döyüşlərin ən gözəli, müqəddəsi! Rəşadın dövlət başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təltif olunduğu medal da “Vətən uğrunda” adlanır...

Əlbəttə, hamımız bir gün bu dünyaya əlvida deyəcəyik. Amma “Vətən uğrunda” şəhid olmaq və təltif olunmaq neçəmizə qismət olacaq?..

Diləyimiz: Rəşad kimi vətəncanlı oğullarımızın ruhunun, onların ailəsinin bizə Qələbə halallığı verməsi, Qarabağ sevincimizi bizə halal etməsidir!

Borcumuz: Öz işlərimizlə şəhid ruhlarını şad etməkdir!

İnamımız: Üçrəngli müqəddəs bayrağımızı həmişə ən ucalarda görməkdir! – Vətənimizin yalnız dağları deyil, dərələri də, düzənləri də ucalıqdır! – Öz torpaqlarımızda öz bayrağımızın dalğalanması öz dünyamızdır, öz ucalığımız, öz ürəyimiz və öz eşqimizdir!

Rəşadın dayısı, tanınmış aydınımız dos.dr. Faiq Ələkbərli deyir: “Rəşad ailənin yeganə övladı olduğu üçün arxa cəbhədə xidmət şansı ola bilərdi, lakin o, bu barədə nənki düşünməyib, əksinə, özü məhz ön cəbhəyə getmək, qaynar döyüş nöqtələrində döyüşmək istəyib. O, Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı və Şuşa şəhəri uğrunda qəhrəmanlıqla döyüşüb.

Onun şəhid olması xəbərini bizə noyabrın 11-də dedilər. Şəhidimizin nəşi noyabrın 12-də Gəncə Şəhidlər Xiyabanında dəfn edildi. Tanıdığımız, tanımadığımız nə qədər insan iştirak edirdi – bu, xalq məhəbbətinin təzahürüydü, Cümhuriyyətimizin ilk paytaxtının öz şəhid balasını bağrına basması idi”…

Şəhidlərimizin ruhuna ehtiramımız əbədidir!

Vətən sağ olsun!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Tarix
2020.12.20 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Bosniya və Herseqovinanı təbrik etdi

Prezident Surinamın dövlət başçısını təbrik etdi

Prezident Bosniya və Herseqovinanın rəhbərini təbrik etdi

Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?

Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu

Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır

Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla