Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Yanvar 2019


“Kədərli vaxtlarım çox olur”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı, şoumen, bəstəkar və prodüsser Murad Ariflə müsahibəni "Axar.az"ın oxucularına təqdim edirik:

- Sizi həmişə gülərüz, pozitiv görürük. Bu qədər enerjini hardan alırsınız?

- Yəqin ki, tipim belədir. Amma hərdən mən də melanxolik oluram, sadəcə, o məqamlarda kameralar məni çəkmir deyə, görən olmur. "Feysbuk" dostlarım isə paylaşdığım musiqilərdən hiss edə bilir ki, Murad Arif heç də hər zaman təbəssümlü olmur.

Aldığım qonorardan, bir az da dadlı yeməklərdən…

- Çoxu pozitiv enerjini məhz sizdən alır. Bəs siz o enerjini kimdən və ya nədən alırsınız?

- Təbiətdən, səyahətdən, mahnılardan, sevdiyim adamlardan, ailəmdən, uğurla apardığım məclislərdən, tədbirlərdən, yaxşı məhsuldar işdən, aldığım qonorardan və bir az da dadlı yeməklərdən…

Bu, tufanöncəsi sakitlikdir

- Bu yaxınlarda hit mahnılardan biri olan "Get lucky" mahnısını ifa eləmisiniz və artıq yetərincə sevilib. Niyə məhz bu mahnı? Və bunun davamı olacaqmı?

- Çünki zövqüm yaxşıdır. "Get lucky"ni başqa kim oxuya bilərdi ki? Davamı gəlir. Bu, tufanöncəsi sakitlikdir hələ. Öz mahnımı hazırlayıram. Ciddi hazırlaşıram.

- Özünüzü bir çox sahələrdə sınamısınız. Bəs filmdə çəkilmək, aktyor kimi sınamaq istərdinizmi?

- Yox. Aktyorluq mənə maraqlı gəlmir... Ən azı, ölkəmizdə film-serial industriyasına etibar etmirəm. Bəlkə də buna görədir... Mənimki musiqidir, bu barədə danışım, yazım, oxuyum.

- Bir vaxtlar İTV kanalıyla əməkdaşlıq eləyirdiniz. İndi isə Lider TV-də solo verilişi aparırsınız. Gələcəkdə başqa kanalda aparıcı kimi işləmək planınız varmı?

- Space radiosundan başladım. Sonra İTV-yə dəvət edildim. Ardınca "Maşın Şou"da qalib olandan sonra həyatıma Lider TV gəldi və bundan hələ ki, məmnunam. Bu gün məni bütün kanallar çəkir, göstərir, dəvət edir. Amma aparıcı kimi, yalnız Lider TV-də qalmağı üstün bilirəm.

Bu ölkədə bütün müğənnilər məndən mahnı istəyib

- Nura Suri, Brilyant Dadaşova, İlhamə Qasımova, Röya, bu siyahını daha kimlər davam etdirəcək?

- İnanın ki, bu ölkədə BÜTÜN müğənnilər məndən mahnı istəyib. Amma istəmək azdır... Ürəkli olan, səxavətli olan məndən oxuyacaq.

- Rusiyanın birinci kanalında "Qolos" mahnı müsabiqəsində azərbaycanlı Fərid Əsgərov yarışırdı və əksəriyyətimiz kimi siz də onun ifasını bəyənirdiniz . Feysbuk sosial şəbəkəsində Azərbaycanın Fərid kimi ifaçını kəşf etdiyini yazmışdınız. Sizcə, bizim səhnədə Fərid kimi kəşf ediləcək ifaçılar çoxdurmu?

- Yox. O qədər də çox deyil. Hələ ki, maraqlı və kəşf olunmamış yeni səslər görmürəm.

İstəklərim, planlarımdan böyükdür

- Bilirik ki, bir oğlunuz var. Atalıq çətin deyil ki?

- Valideynlik, atalıq həyatımın ən böyük anlamıdır. Çətin sözünü dilimə gətirə bilmirəm. Bir şey ki, səni xoşbəxt edir, buna çətinlik demək olmaz.

- Həyatınızı planlaşdırdığınız kimi yaşayırsınız?

- Tərəzi bürcündən olduğum üçün, plan, hesab, siyahı, cədvəl, təqvim, miqdar, zaman və punktuallıq anlamları mənim üçün çox vacibdir... Amma istəklərim, planlarımdan böyükdür deyə, Allahın ixtiyarına buraxıram çox şeyi...

Artıq çəkimdən xoşum gəlmir

- Özünüzdə xoşunuz gəlmədiyiniz cəhət?

- Kimisə yerində otuzdurmaq üçün deyiləsi kəlmə anında ağlıma gəlmir. Buna əsəbiləşirəm. Səbrsizəm. Bir də ki, 10-15 kilo artıq çəkimdən xoşum gəlmir!

- Murad Arifi nə təəccübləndirə bilər?

- Arxadan vurulan zərbə...

- Bəs həyatda əsas hədəfiniz nədir?

- Ailəmin rifahi!

Tarix
2013.12.27 / 09:49
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Əlimizdən alınan uşaqlığımız

Özbəkistan mediası: Qafqazın parlayan ulduzu... - Foto

Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto

Misirdə növbəti nadir tapıntı - Foto

20 yanvar xatirəsi: Fotoaparatı Sovet əsgərinə tuşlayanda...

“Ustad”ın 24-cü sayında kimlər var? – Foto

AzTV-də Alışanovla bağlı sərəncam niyə oxunmadı?

Telekanal rəhbərlərinə xəbərdarlıq: İctimaiyyət narazıdır

Dubayda Azərbaycan Ticarət Evi açıldı - Fotolar

Məşhur aktrisa vəfat etdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla