Yuxarı

“Keşikçidağ”da tarixi abidələr aşkarlandı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Keşikçidağ”da tarixi abidələr aşkarlandı - Foto

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb.

Kult.az xəbər verir ki, yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb.

Arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkarlanıb.

Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkar olunub.

İkinci kurqanda daş örtüyü altında, təqribən 1,2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.

“Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılmışdır. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinmişdir.

Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.

Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin, sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.

Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib.

Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.

Tarix
2021.01.23 / 01:36
Müəllif
Kult.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla