Yuxarı

Deqatidən Bülbüllə bağlı paylaşım - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deqatidən Bülbüllə bağlı paylaşım - Foto

Məşhur fotoqraf Reza Deqati Azərbaycanın görkəmli sənətkarı Bülbüllə bağlı Tvitter səhifəsində paylaşım edib.

Kult.az xəbər verir ki, fotoqraf ustad xanəndənin evinin görüntülərini əks etdirən şəkilləri izləyiciləri ilə bölüşərək, qeyd edib:

“Şuşa, Qarabağ, Azərbaycan. Bülbülü kim susdurmaq istəyirdi? Xahiş edirik, bizə bir az məlumat verin görək, Bülbül kim idi? Onun evi və heykəli niyə darmadağın edilmişdi?

Bülbülün adı kimi səsi var idi. O, Azərbaycanın ən sevilən və dinlənilən müğənnilərindən biri idi. Əslən şuşalı olsa da, səsi dünyaya məxsus idi.

1992-ci ildə şəhərin işğalından bir neçə həftə öncə onun evini ziyarət etmişdim. Bu, muzey idi və Bülbülün bütün şəxsi əşyaları əla vəziyyətdə saxlanılmışdı. 2020-ci ildə Azərbaycan Şuşanı işğaldan azad etdikdən sonra bura geri gəldiyimdə gördüklərim bu fotolardadır”.

Xatırladaq ki, Şuşada Bülbülün ev muzeyi iki otaqdan ibarət olub. Muzeydə xanəndənin yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Lakin Şuşa işğalda olarkən ermənilər muzeyin eksponatını məhv və talan ediblər. Talan olunan muzey əşyalarını ermənilər dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edirlər.

Tarix
2021.01.24 / 23:14
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla