Hər bir ölkənin özünəməxsus
adət-ənənəsi, qayda-qanunları var. Biz bu ölkələrin sərhədləri
çərçivəsində olarkən təkcə onların dövlət qanunlarına deyil, həm də
məişət qanunlarına uymalıyıq.
Axar.az bəzi ölkələrdə olan qəribə qanunları, adətləri təqdim
edir:
Çili – heç nəyi əlinizlə yeməyin. Çilidə buna
çox önəm verirlər.
Xorvatiya – baş, işarət və orta barmaqlarınızla
3 rəqəmini göstərmək məsləhət deyil. Çünki belə olduğu halda
xorvatlar sizi serb zənn edə bilər.
Sinqapur – Sinqapurun qadağaları çoxsaylı və
özünəməxsusdur. Sinqapurda quşlara yem atmaq, yerə tüpürmək,
ictimai nəqliyyatda nəsə yemək qadağandır.
Hindistan – ictimai yerlərdə öpüşməyin. Sizi
buna görə həbsxanaya belə ata bilərlər. Qarşı cinslə heç bir fiziki
təmasa girmək olmaz. Qucaqlaşmaq, əl-ələ tutmaq istəyirsinizsə,
Hindistana getməyin.
Fransa – burada pul haqqında danışmamağınız
tövsiyə olunur. Gözləməyin ki, yerli əhali sizlə ingiliscə
danışacaq. Fransada xarici dilləri öyrənmək prioritet hesab
olunmadığından yerli əhalinin əksər hissəsi xarici dilləri
bilmir.
Yaponiya – bu ölkədə "çaypulu" qoymaq
hörmətsizlik kimi qəbul edilir. Salamlaşarkən qucaqlaşmayın,
yaponlar bunu sevmir. Eskalatorun düzgün tərəfində dayanın. Yapon
xalqı qayda pozanları da xoşlamır.
Meksika – burada özünüzü dominant aparmayın.
Meksikalılar qonaqları sevsə də, o qədər də səbirli xalq deyillər.
Meksikaya getmək qərarına gəlmisinizsə, bunu da bilməlisiniz ki,
meksikalılar zarafat etməyi çox xoşlayır və zarafatda sərhəd
tanımırlar.
Yeni Zelandiya – burada kivi ilə ozzini (kiviyə
bənzər meyvə) səhv salmayın, ayaqyalın gəzən adamlara təəccüblə
baxmayın. Ən əsası isə Britaniya şahzadəsi və reqbi idman növü
haqda zarafat etməyin.
Türkiyə – barmaqlarınızla "okey" işarəsi
göstərməyin. Bu işarə Türkiyədə təhqir kimi qəbul olunur.
Böyük Britaniya – növbə mədəniyyətini gözləyin.
Sıranı pozsanız, çox böyük ictimai qınağa səbəb ola bilərsiniz.
Yerli sakinlərdən nə qədər qazandıqlarını soruşmayın. Bu, böyük
kobudluq hesab olunur.
Almaniya – nasist salamı verməyin, sizi buna
görə həbs edə bilərlər. Çalışın, III Reyxdən və Adolf Hitlerdən
danışmayasınız. Həddindən artıq dostcanlı davranmayın. Almanlar
yeni tanışlıqlara o qədər də tez öyrəşmirlər.
Keniya – din haqda mənfi heç nə danışmayın.
Keniyada yerli əhalinin əksəriyyəti qatı dindardır. Səbirli olun və
gecikmələrə görə heç kimə etiraz etməyin. Keniyada heç nə
planlaşdırıldığı vaxtda baş vermir.