Yuxarı

Moskva ən yaxşı filmi seçdi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva ən yaxşı filmi seçdi – Foto

Rusiyanın paytaxtı Moskvada keçirilən və film sektorunun ən əhəmiyyətli festivallarından biri hesab edilən 37-ci Moskva Beynəlxalq Film Festivalı başa çatıb.

Axar.az xəbər verir ki, festivalda ən yaxşı filmə verilən "Müqəddəs Qızıl Georgi" mükafatını "Uduzmuşlar" ("Losers") filmi qazanıb. Bolqarıstan istehsallı filmin rejissoru İvaylo Xristovdur. Film kiçik qəsəbədə yaşayan lisey şagirdlərinin həyatından bəhs edir.

Moskva Film Festivalı başqanı Nikita Mixaklov mətbuat mənsublarına verdiyi açıqlamada 7 gündə 307 filmin nümayiş olunduğu festivalı 55 min filmsevərin izlədiyini söyləyib.

Festivalda Rusiya, İspaniya, Fransa, İran, Bolqarıstan və Serbiya başda olmaqla bir çox ölkədən filmlər iştirak edib.

Rus rejissor İrina Yevteyevanın "Arventur" filmi də festivalın xüsusi mükafatına layiq görülüb. Festivalın ən yaxşı rejissor mükafatını danimarkalı Frederikke Aspök alıb. Ən yaxşı aktyor mükafatını "Baryer" filmindəki performansı ilə qazax aktyor Ərkəbulan Dayırov qazanıb, ən yaxşı aktrisa mükafatı "Orlean" filmindəki roluna görə Yelena Lyadovaya verilib.

Qeyd edək ki, festivalın mükafatlandırılma mərasimi Moskvada yerləşən Rossiya teatrında keçirilib.

Tarix
2015.06.28 / 01:27
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla