Yuxarı

“Nizami Gəncəvinin tərcümeyi-halı yoxdur”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz İsa Hüseynova, Eldar Quliyevə minnətdar olmalıyıq".

Bu sözləri kinoşünas Aydın Kazımzadə "Nizami" filminin çəkilişinin 33 illiyi münasibətilə Axar.az-a danışarkən deyib:

"Əgər kimsə "Nizami" filminin səs salmadığını deyirsə, yanılır. Bu filmin çəkilməyi ilə bütün dünya bildi ki, Nizami Azərbaycanındır. Nizami Gəncəvi dahi şairdir, filosofdur. "Babək", "Nəsimi" filmləri ilə bu filmi müqayisə etmək doğru deyil. Axı Nizami Gəncəvinin tərcümeyi-halı yoxdur. O yazır ki, əgər mənim kim olduğumu bilmək istəsəniz, şeirlərimi, poemalarımı oxuyun.

Biz İsa Hüseynova, Eldar Quliyevə minnətdar olmalıyıq ki, bu cür film çəkiblər. Müslüm Maqomayev bu gün yoxdur, amma "Nizami" filmində yaşayır. Filmdə Üzeyir Hacıbəyovun "Sevgili canan"ınını da oxuyur. Onu birinci dəfə Bülbül, sonra Rəşid Behbudov oxumuşdu. Mən "filan film zəifdir, filan film güclüdür" fikri ilə razılaşmıram. Çünki hər filmin öz ideyası, məqsədi var. Filmdə Nizami əsərləri əsasında açılır, Gəncə həyatı açıq-aşkar göstərilir. Çox ağır, gözəl filmdir".

Qeyd edək ki, bu gün "Nizami" filminin ilk baxış tarixindən 33 il ötür.

Tarix
2015.07.01 / 08:40
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla