Yuxarı

Kafkanın əlyazmalarının aqibəti bilindi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrin ən məşhur yazarlarından biri Frans Kafkaya aid əlyazmaların harada saxlanılacağı ilə bağlı bir müddətdir davam edən məhkəmə nəhayət qərarını verib.

Axar.az xəbər verir ki, məhkəmənin qərarına uyğun olaraq, Kafkanın əlyazmaları İsrail Milli Kitabxanasında saxlanılacaq.

Xatırladaq ki, Kafka şah əsərlərindən biri sayılan "Çevrilmə" başda olmaqla bir çox əsərinin qaralamasını ölümündən əvvəl dostu Maks Broda verərək ondan bu mətnləri yandıraraq yox etməsini istəyib. Bu istəyini yerinə yetirməyən və yazarın ölümündən sonra mətnlərin çap olunmasına şərait yaradan Brod faşist işğalı vaxtında işgəncələrdən qaçıb sığındığı Fələstinə Kafkanın əlyazmalarını da aparıb. Brod 1968-ci ildə dostunun əlyazmalarını assistenti Ester Hoffiyə əmanət edib. 1973-cü ildə Hoffinin əlyazmalarını hərraca çıxararaq satma fikri ortaya çıxanda məhkəmə Brodun vəsiyyətinə uyğun olmadığı üçün bu fikrə mane olub. Məhkəmə qərarı əlyazmaların onlara aid olduğunu iddia edən Hoffinin qızlarını məyus edərək Kafkanın əmanətlərini kitabxanaya etibar edib.

Tarix
2015.07.04 / 02:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla