İnsan xarakterini müəyyən
etmək üçün müxtəlif növ sınaq vasitələri var. Bunlardan biri də
insanların qiymətli daşlara olan bağlılığıdır.
Axar.az-ın təqdim etdiyi testdə qiymətli daşlara görə
xarakterinizi müəyyən edə bilərsiniz.
Fotodakı daşlardan birini seçin. Hansı daha çox xoşunuza gəlir?
Daş seçiminiz sizin haqda çox şey deyəcək.
1. Mirvari
Əgər seçiminiz mirvaridirsə, siz çox qürurlu adamsınız. Ağıllı
olmaqla yanaşı, həm də yardımsevərsiniz. Sizin evinizdə həmişə hər
şey qaydasında və səliqəli olur. Siz sakit təbiətli, mülayim və yüz
ölçüb, bir biçən tiplərdənsiniz.
2. Yaqut
Əgər yaqut xoşunuza gəlirsə, deməli, siz dəlisov, çılğın və
enerjili adamsınız. Siz həmişə həyəcanı necə tapacağınızı, necə
əylənəcəyinizi yaxşı müəyyən edirsiniz.
Enerjiniz çox olsa da, onun böyük hissəsini yel dəyirmanları ilə
mübarizəyə həsr edirsiniz...
3. Brilyant
Seçimi almaz olan adamlar güclü, qərarlı və qürurlu olur. Bu
insanlar ətrafdakılara həyat eşqi və mübarizə aşılayırlar.
4. Mavi topaz
Seçiminiz mavi topazdırsa, siz təbiətcə çox sakit, səbirli və
mülayimsiniz. Bu tip insanlar ən xırda şeylərdən zövq ala,
asanlıqla xoşbəxt ola bilirlər.
5. Peridot
Əgər bu daşı seçmisinizsə, sizin üçün həyatda ən önəmli şey öz
"mən"iniz və onun axtarışıdır. Siz öz daxilinizlə harmoniyaya çox
böyük önəm verirsiniz.
6. Akvamarin
Siz okeanı çox sevirsiniz. Ətrafınızdakılar sizi şəfqətli və hər
kəsi dinləməyə hazır olan biri kimi tanıyır.
Bununla yanaşı, siz enerji dolu, digərlərinin problemlərinə can
yandıran, laqeydlikdən uzaq birisiniz. Tez-tez darıxırsınız.
7. Mavi almaz
Mavi almazı emosional, duyğusal adamlar sevir. Sizin
sevib-sevilməyə böyük ehtiyacınız var. Onu da qeyd etmək lazımdır
ki, sizin intuisiyanız çox güclüdür. O, nadir hallarda yanıla
bilir.
8. Sitrin
Əgər qiymətli daşların arasından sitrini seçdinizsə, deməli, siz
yaradıcı insansınız. Ətrafdakılara münasibətdə olduqca istiqanlı,
mehriban, ürəyiaçıqsınız. Adətən, bu daşı seçən insanlar
münasibətlərdə ideal partnyor olur.
9. Çəhrayı turmalin
Turmalini, adətən, həssas və kövrək insanlar seçir. Bu tip
insanlar olduqca düzgün, səmimi və təmizürəkli olurlar. Lakin bu o
demək deyil ki, turmalini seçən insanlar zəif xarakterlidirlər. Bu
daşı seçən şəxslər özlərindən çıxanda onları sakitləşdirmək
olmur.
10. Ametist
Siz olduqca ağıllı, müsbət enerjili və təmkinlisiniz. Ametist
daşını seçən şəxslər olduqca güclü xarakterə malik olurlar. Onların
yolunu heç nə kəsə bilməz.