Yuxarı

Xalq şairi "diş qıcayanlara" cavab verdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının sosial şəbəkə hesabında AzTV-nin “Oxuyur Vətən” layihəsində Babək Niftəliyevin “Xudayar təsnifi”ni (“Vətən yaxşıdır”) ifa etmək üçün doğru məkan seçməməsi ilə bağlı iradı bəzilərinin qeyri-adekvar münasibətinə səbəb olub.

Kult.az xəbər verir ki, Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında növbəti paylaşım edərək, fikrinin təhrif edilməsinə və reaksiyaların əndazəni aşması qarşı çıxıb.

“Dünən AzTV-nin bütünlükdə yaxşı düşünülmüş “Oxuyur Vətən” layihəsindən Zəngilanda çəkilmiş parça haqqında kiçik bir qeyd yazdım. “Düşmənin viran qoyduğu yurd yerındə oxunmaq üçün daha uyğun mahnı seçmək olardı”, dedim. Bu, mənim şəxsi fikrimdir. Bu təsnifi Əlibaba Məmmədovun yazdığını da bilirəm, mərhum Xudayarın da ifasını dinləmişəm. Onu yada salmaq borcumuzdur. Elnur Qədirovun (layihənin rejissoru – red.) işinin ümumi dəyərini azaltmaq niyyətim yoxdur, Babək də (Babək Niftəliyev – red.) təsnifi gözəl oxuyur. Mənim iradım ayrı şeyədir. Demişəm ki, təsnif üçün yer düzgün seçilməyib. Boş kilsədə violencalın qəmli səsini yada salaq... İşğalçı özünü əzabkeş yerinə qoymuşdu. Dağılmış yurdlarımızın kədərinə, ruhuna uygun olmayan hər bir çalğı, istər-istəməz, adamı qıcıqlandırır, şit görünür, hətta bir dahi bəstəkar tərəfindən yazılıb, ondan da dahi müğənninin ifasında səslənsə də”, - xalq şairi qeyd edib.

Sabir Rüstəmxanlı dünənki statusuna adekvat olmayan rəylərə də münasibət bildirib:

“Yorumların əksəriyyətində mənim niyyətim düzgün qəbul edilir. Ancaq elə yorumlar da var ki, adama toxunur, cavabsız qoymaq olmaz. Bilmirəm, bəlkə də yeni nəslin bizlərdən xəbəri yoxdur, haqqımızda qeybətdən başqa heç nə eşitməyiblər, heç nə oxumayıblar. Biri yazır ki, guya deputatlar bütün problemləri həll ediblər, qalır bu məsələ; biri yazır, niyə Əlibaba Məmmədovun təsnifinə “diringi” deyirsiniz, bu muğam parçasıdır, toxunmaq olmaz; bir başqası yazır ki, yaxşı olar, seçildiyiniz rayonun problemlərindən danışasınız; başqası “boşboğaz millət vəkilləri” sözünü atır ortaya; bir xanım da elə hesab edir ki, guya mən AzTV-də çıxış üçün darıxmışam, bu tənqidlə özümü yada salıb televiziyaya çıxmaq istəyirəm. Bir yorumda isə lap gül vurublar: “Sabir Rüstəmxanlı kimi yazıçısı olan cəmiyyətdən nə gözləyirsiniz?”

Hər bir yazı və müəllif haqqında tənqidi rəy bildirmək olar, lakin ədalətlə, sayğı hissini itirmədən. Bizdə bəziləri sanki fürsət gözləyirlər, biri bir söz deyən kimi yer-yerdən kin-küdurətlə, qıcanmış dişlər və həqiqətdən uzaq mülahizələrlə düşsünlər ortaya... Belələrinin kimliyini və nəyə xidmət etdiklərini yaxşı bilirəm. Görəsən bu xanımlar və bəylər hansı əsasla belə hesab edirlər ki, millət vəkili ancaq seçildiyi bölgənin çətinliklərindən danışmalı, başqa problemlərə toxunmamalıdır? “Axı xalqın dərdləri qala-qala belə kiçik şeylərlə niyə baş qoşursunuz” deyənlər də var. Mən ağlım kəsəndən doğulduğum kənddən başlamış bütün millətimin, insanın problemlərindən danışır və yazııram. Kimsə buna müdaxilə edə bilməz. İkincisi, “boşboğaz millət vəkilləri” deyən gərək ad çəksin, belə ümumi ittiham məsuliyyət tələb edir, dövlətin mühüm bir qurumuna seçib-ayırmadan damğa vurmaq olmaz. Üçüncüsü, mənim AzTV-dən heç bir incikliyim yoxdur, qələbədən sonra ora ən çox dəvət olunanlardan biri mənəm və yeri gəlmişkən deyim ki, çox vaxt televiziyalardan qaçıram, “qoy tamaşaçı yeni simalar görsün”, deyirəm. Nəhayət, yazıçılığımı bəyənməyən şəxsə bildirmək istəyirəm ki, mənim qətiyyən hamının xoşuna gəlmək, hamı tərəfindən bəyənilmək iddiam yoxdur, sözüm də, işim də göz qabağındadır, cəmiyyətin bəlası mənim kimi yazıçı yox, bilmədiyi şeylərdən danışıb qərəzlə kin saçanlardır...

Bir daha deyirəm, erməni vəhşiliyini göstərmək üçün musiqi də bir vasitədir. Lakin nə qədər ki, o yerlər bərpa olunmayıb, hələ oranı təmizləyənlərdən minaya düşənlər var, o qanlı yurdlarda səslənən müsiqilərimiz xüsusi diqqətlə seçilməlidir...”

Tarix
2021.11.27 / 12:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla