Yuxarı

Mütaliənin inanılmaz faydaları - Araşdırma

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mütaliənin inanılmaz faydaları - Araşdırma

Yaxşı kitab oxumaq insanın digərləri ilə ümumi dil tapmaq qabiliyyətini artırır.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın "Reading Agency" mütaliəyə yardım xeyriyyə fondunun sifarişi ilə aparılmış tədqiqatların nəticələrində deyilir. Aydınlaşdırılıb ki, zövq almaq üçün edilən mütaliə böyüklərə və uşaqlara təkcə nə isə yeni bir şey öyrətməklə qalmır. Mütaliə həm də insanların bir-birilərilə ünsiyyətinə müsbət təsir göstərir.

Oxumaq uşaqlarda emosional kefiyyətlərin formalaşmasına da kömək edir. Aparılan araşdırmaların nəticələrinə görə, mütaliə sevinc, rahatlıq hissi ilə birbaşa bağlıdır və insanı keçici bir müddətə də olsa, gerçəklikdən yayındırır.

Dörd min insanın iştirak etdiyi araşdırma müəyyən edib ki, mütaliədən alınan zövq, həzz insanın ruhi və fiziki sağlamlığının profilaktikasında əhəmiyyətli rola malikdir. Müəyyən edilib ki, müntəzəm olaraq mütaliə ilə məşğul olan insanlar:

• stress və depressiyaya daha az məruz qalırlar
• daxili ləyaqət hissinin çatışmazlığından əziyyət çəkmirlər
• çətin situasiyalardan daha yaxşı çıxa bilirlər
• daha sağlam yuxu yatırlar

Almaniyada savadlılıq və emosional keyfiyyətlərin formalaşması arasındakı qarşılıqlı əlaqəni aydınlaşdırmaq məqsədilə 7-10 yaşlı uşaqlar arasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, sinifdən xaric dərnəklərdə oxunan və sonradan qruplarda müzakirə edilən kitablar uşaqlarda söz ehtiyatının genişlənməsinə, bilik səviyyəsinin artmasına, emosiyaları dərk etmələrinə çox böyük təsir göstərir. Maraqlı bir fakt da aydın olub ki, mütaliə qızlara nisbətən oğlanlara, onların gizli hissləri duymaq qabiliyyətinin inkişafına daha yaxşı təsir edir.

Tarix
2015.08.08 / 23:22
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla