Yuxarı

Filmdəki nişanlısı ilə realda evlənən aktyor - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Filmdəki nişanlısı ilə realda evlənən aktyor - Video

Bu gün əməkdar artist Ənvər Həsənovun doğum günüdür. 1950-ci ilin bu günü Bakı şəhərində anadan olan aktyorun 65 yaşı tamam olur.

Doğum günü və səhhəti ilə bağlı Axar.az-a danışan aktyor onun üçün ən gözəl hədiyyənin gözəl münasibət və xoş söz olduğunu bildirib:

"Səhhətim yaxşıdır, hər şey qaydasındadır. 3 gündür Pirquluda istirahət edirdim, indi gəlmişəm. Bu gün işdən sonra dostlarımla yığışıb doğum günümü qeyd eləyəcəyik. Bizdə ad günlərimizi belə qeyd etmək artıq adət-ənənə şəklini alıb. Mənim üçün ən gözəl hədiyyə gözəl münasibət, xoş söz ola bilər. Ondan başqa hədiyyə istəmirəm".

Daha çox "Uşaqlığın son gecəsi" filmindəki Murad, "Dərviş Parisi partladır" filmindəki Şahbaz bəy və "Yeddi oğul istərəm" filmindəki Cəlal kimi üç rolu ilə yaddaşımızda silinməz iz qoyan Ənvər Həsənov 50-ə yaxın filmə çəkilib. "Bəyin oğurlanması", "Dəli Kür", "Arxadan vurulan zərbə", "İşarəni dənizdən gözləyin", "Qatır Məmməd", "Dədə Qorqud", "Xoşbəxtlik qayğıları" və başqa filmlərdə oynadığı rollarla tamaşaçı sevgisi qazanıb.

Maraqlı məqamlardan biri də onun "Dərviş Parisi partladır" filmində həqiqətən də sevgilisi, sonra isə həyat yoldaşı olmuş Möminat Qurbanova ilə tərəf-müqabili olmasıdır. Nişanlısını qısqanan aktyor əvvəlcə onun filmə çəkilməsini istəmir. Cəmi 3 filmdə rol alan Möminat xanım üçündə də Ənvər Həsənovla çəkilib.

Dəyərli sənətkarımızın da rol aldığı "Yeddi oğul istərəm" filmindən maraqlı bir parçanı təqdim edirik:

Tarix
2015.08.17 / 18:32
Müəllif
Nigar An
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla