Yuxarı

Oskar-2016-ya iddialı namizədlər - Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Oskar mükafatını almağa iddialı sayıla biləcək namizədlərin adları açıqlanıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda Tom Hanks, Leonardo Di Kaprio, Maykl Fasbender kimi dünya şöhrətli aktyorlar yer alıb:

Conni Depp

"Qara toplum" filmində bostonlu qanqster Vitey Bulgerini canlandıran Conni Depp film çəkilişləri üçün ciddi fiziki dəyişikliklər yaşayıb. Aktyor bu filmə görə Oskar mükafatına ən iddialı namizədlər arasındadır.

Eddiye Redmayn

Məşhur fizik Stiven Houkinqi canlandırdığı "Hər şeyin nəzəriyyəsi" filminə görə bu il Oskar qazanan Redmayn önümüzdəki ildə də olduqca iddialı simadır. Bildirək ki, Redmayn yeni filmində danimarkalı məşhur rəssam Einar Vegenerin "Lili Elbe" hekayəsindəki rəssamı canlandırıb.

Meril Strip

3 dəfə Oskar mükafatı qazanan Meril Stripin növbəti ildə də bu nominasiyaya namizəd olacağı gözlənilir.

Cenifer Lourens

Uşaqlı bir qadının iş karyerasındakı yüksəlişini gerçək şəkildə canlandıran Cenifer Oskar mükafatına namizədlər arasında ilk pillələrdə yer alır.

Mayk Fasbender

Şekspirin "Maqbet" əsəri ilə uyğunlaşdırılan filmdə "Əpl" şirkətinin qurucusu Stiv Cobsu canlandıran Fasbenderin bu mükafata namizəd olacağı gözlənilir.

Tom Hidleston

Musiqiçi Hank Uilliamsdan bəhs edən bioqrafik filmdə Uilliamsı canlandıran Hidlestonun mükafata sahib olacağı real görünməsə də, Oskara namizədliyi ehtimal olunur.

Tom Hardi

60-cı illərin məşhur qanqster əkizlərindən bəhs edən filmdə iki rol canlandıran Hardinin digər namizədlərdən bir pillə irəlidə olacağı güman edilir.

Karey Mulligan

Qadınların səsvermə hüququ mövzusunda çəkilən "Sufrajizm" filmində iştirak edən Karey Mulliganın da bu siyahıda yer alacağı güman edilir.

Tom Hanks

2 Oskar mükafatına sahib Tom Hanksın "Casus körpüsü" filmində canlandırdığı obraza görə daha bir Oskara layiq görüləcəyi istisna edilmir.

Leonardo Di Kaprio

Dünyaca məşhur aktyor Leonardo Di Kaprio "Dirilmə" adlı filmində canlandırdığı rola görə 2016-cı ilin Oskar mükafatına çox iddialı görünür.

Tarix
2015.08.29 / 10:38
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla