Yuxarı

Gəncə 143-cü mövsümün açılışına hazırlaşır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabr ayının 14-də Gəncədə keçiriləcək.

Axar.az xəbər verir ki, Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da yaxından dəstəyi ilə təşkil olunacaq təntənəli mərasimdə rəsmilər, tanınmış incəsənət xadimləri, respublikada fəaliyyət göstərən teatrların rəhbərləri iştirak edəcəklər.

Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Gəncə Dövlət Dram Teatrının Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası olacaq. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər aktyorlar ifa edirlər.

Xatırladaq ki, son illər yeni teatr mövsümünün açılış mərasimləri paytaxt Bakı ilə yanaşı, digər şəhərlərimizdə də keçirilir. 2011-ci ildə 139-cu teatr mövsümünün rəsmi açılışı Mingəçevirdə, 2014-cü ildə 142-ci mövsümün açılışı isə Şəkidə təşkil olunub.

Tarix
2015.09.04 / 02:10
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla