Yuxarı

İnciyərək gedən Fuad Poladov teatra qayıdır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnciyərək gedən Fuad Poladov teatra qayıdır?

Xalq artisti, Rus Dram Teatrının aktyoru Fuad Poladovun "Azdrama"ya qayıdacağı deyilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, teatra yeni baş rejissor təyin olunan Azərpaşa Nemətov onu köhnə iş yerinə geri qaytaracaq.

Fuad Poladovla əlaqə saxlayıb onun da fikrini öyrənməyə çalışdıq.

Hazırda Bakıda olmadığını deyən xalq artistinin cavabı yarızarafat-yarıgerçək oldu:

"Mənim 67 yaşım var. Bu yaşda tez-tez yer dəyişməyin düşər-düşməzi olar".

Azərpaşa Nemətovun yeni təyinatından xəbərsiz olduğunu deyən xalq artisti onu da əlavə etdi ki, belə bir təklif olarsa, düşünəcək:

"Hələ heç nə bilmirəm, yeni təyinatdan da xəbərsizəm, indi xaricdəyəm, Azərbaycana gəlim, sonra bu barədə danışarıq".

Xatırladaq ki, Fuad Poladov uzun illər öncə "Azdrama"nın keçmiş rəhbəri, mərhum aktyor Həsənağa Turabovla aralarında baş verən inciklik nəticəsində teatrı tərk etmişdi. Aktyor sonradan dəfələrlə teatra dəvət alsa da, qəbul etməyib.

Xatırladaq ki, Azərpaşa Nemətovla yaxın dost olan Fuad Poladov 2002-ci ildə "Azdrama"nın səhnəsində Hamlet tamaşasında çıxış edib. Böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirilən tamaşanın rejissoru da həmin vaxt Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Azərpaşa Nemətov olub.

Onu da qeyd edək ki, sonralar "Azdrama"ya direktor təyin olunan Maqbet Bünyadov Azərpaşa Nemətovla aralarındakı narazılıq səbəbindən həmin tamaşanı teatrın repertuarından yığışdırmışdı.

Tarix
2015.09.04 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla