Yuxarı

Ölüm yatağında ən böyük - 5 peşmanlıq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölüm yatağında ən böyük - 5 peşmanlıq

Avstraliyada uzun illər xəstə yatağında ölümünü gözləyən insanlara baxıcılıq edən tibb bacısı Bronni Vare onların peşmanlıq hisslərini qələmə alıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, Bronni ölüm yatağında olan insanların ən böyük 5 peşmanlıq hissini belə sıralayıb:

"Kaş ki, şəxsi həyatımı yaşamaq üçün cəsarət göstərə biləydim"

1. "Uzun illər boyunca qazandığım təcrübəyə əsasən deyə bilərəm ki, ömürlərinin sonunu ölüm çarpayısında gözləyən insanların əksəriyyəti həyatlarını öz istədikləri kimi yox, özgələrinin istədiyi kimi yaşadığına görə böyük peşmanlıq keçirirdi".

"Kaş ki, həyatımı bu qədər işə sərf etməzdim"

2."Ölümü gözümün önündə gerçəkləşən kişilərin gileyləndikləri bir mövzu var idi. Onların hər biri ömrün son dayanacağında həyat yoldaşlarına və uşaqlarına kifayət qədər vaxt ayıra bilmədiyi üçün çox peşman idilər. Ömürlərini ailələri ilə keçirməkdən məhrum olub işə, pul qazanmağa həsr edən insanlar çox peşman görünürdü".

"Kaş ki, duyğularımı açıq şəkildə ifadə edəydim"

3. "Bir çox insan gənclik və orta yaş dövründə hisslərini açıq şəkildə göstərmədiyi üçün böyük peşmanlıq çəkirdi. Onlar bunu utancaqlıq və kompleks əlaməti olaraq göstərsə də, buna görə peşman olduqlarını dilə gətirirdilər".

"Kaş ki, dostlarıma daha çox zaman ayıraydım"

4. "Xəstələrimin bir çoxu ölüm yatağında dostlarının nə qədər dəyərli olduğundan danışırdı. Lakin iş və sosial həyatın gərginliyində itib-batan insanların uzun müddət bir-biri ilə əlaqə saxlaya bilməməsi məlum olurdu. Onlardan bəzilərinə ölümlə çarpışdığı müddətdə hansısa dostunu görmək üçün ömür də vəfa etmirdi".

"Kaş ki, xoşbəxt olmağıma izn verəydim"

5. "Bir çox insan həyatının son mərhələsində "kaş ki, içimdəki sərhədi dağıdıb, özümə daha xoşbəxt həyat təmin edəydim", - deyə gileylənirdi.

İnsanlar xoşbəxtliyi kəşf etmək yerinə özlərini xoşbəxt göstərməyə çalışır. Nəticə etibarı ilə dəyişim qorxusu onları bir ömür aldadaraq əsl xoşbəxtlik hissindən məhrum edir".

Tarix
2015.09.08 / 08:00
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla