Yuxarı

Gənc Habil Əliyevin məşhur rəqsi – Unikal video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc Habil Əliyevin məşhur rəqsi – Unikal video

2015-09-09 01:20:00

Çubuq nağarası və qara zurnanın müşayiəti altında milli rəqsi ifa edən bu şəxs məşhur kaman ustadı Habil Əliyevdir.

Axar.az xəbər verir ki, o dövrün yeganə görüntüsü olan bu kadrlar Habil Əliyevin müəyyən müddət rəqslə məşğul olduğunu təsdiqləyir. Xatirələrində cəmi bircə dəfə bu kadrları yada salan mərhum sənətkar rəqsin həyatında epizodik olduğunu bildirmişdi.

Qeyd edək ki, böyük sənətkar ötən gün, sentyabrın 8-də 88 yaşında dünyasını dəyişib.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. 1952-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Tarzən Qurban Pirimov və Xan Şuşinskidən muğamın sirlərini öyrənib.

1964-cü ildə əməkdar artist, 1978-ci ildə xalq artisti adına layiq görülüb.

1954-cü ildə Şərqiyyə xanımla ailə həyatı qurub, üç qız və bir oğlu var.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifi idi. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Tarix
2015.09.09 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla