Yuxarı

Cüneyd Arkının son arzusu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cüneyd Arkının son arzusu

Xəbər verdiyimiz kimi, Türkiyə kinosunun ən məşhur aktyorlarından olan Cüneyd Arkın 85 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, Cüneyd Arkın məşhur aktyor olmaqla yanaşı, həm də həyat yoldaşına sevgisi ilə tanınan nümunəvi insan idi.

Həyat yoldaşı Betül Arkını ilk dəfə gördüyü anı izah edərkən “Onun iri gözlərindəki isti, kədərli mavilik içimə axdı” - demişdi.

Birlikdə verdikləri müsahibədə cütlük dost məclisində tanış olduqlarını söyləyiblər. O zaman Betül xanımın 20, Arkının isə 29 yaşı var idi.

“Fəxrəddin çox gözəl kişi idi, qadınların əhatəsində idi. Həm də məşhur... Amma çox da marağında deyildim, bir sözlə, sakit duruşum onun diqqətini çəkmişdi”, - Betül deyib.

Betül Arkın əsl adı Fəxrəddin Cüreklibatır olan həyat yoldaşını belə çağırırdı: “O, sizin üçün Cüneyt Arkın, mənim üçün isə Fəxrəddin Cüreklibatırdır”.

Ustad aktyor 2020-ci ildə İnstaqram hesabında paylaşdığı fotonun üstündə yazmışdı:

“Ölümdən qorxmuram. Sadəcə Betüldən əvvəl ölmək istəyirəm. Allah onun yoxluğunu mənə yaşatmasın, tək qalmaq istəmirəm. O, bir günlük harasa gedir, onun üçün çox darıxıram. Onsuz bir günü belə təsəvvür edə bilmirəm. Mənim sərxoşluq dövrüm olub. Mələk olsa, dözməz, səbir daşı olsa, çatlayardı. Betülün sayəsində içkini atdım. O olmasaydı, sərxoş, alkoqol aludəçisi kimi çürüyəcəkdim. Belə qadını aldatmağa adam utanar”.

Cüneyd Arkın və həyat yoldaşı Betül xanımın Murat və Kahan adlı iki oğlu var.

Allah Cüneyd Arkının duasını eşitdi, xanımından əvvəl dünyasını dəyişdi.

Ustad sənətkara Allahdan rəhmət diləyirik.

Tarix
2022.06.28 / 15:03
Müəllif
Aygün Yaşar
Digər xəbərlər

Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs olundu

Azərbaycan bu şəxsləri Moldova və Çinə təhvil verdi

Azərbaycan-İsrail ticarət dövriyyəsi 360 milyon dolları ötdü

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla