Yuxarı

Məşhurların ölümqabağı son sözləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhurların ölümqabağı son sözləri

Elə məşhur şəxsiyyətlər var ki, istər yaradıcılıq fəaliyyətləri, istərsə də öz maraqlı həyatları ilə tarixə düşür, hətta hər gün oxuduğumuz bir yazıda qarşımıza çıxaraq həyatımızın bir parçasına çevrilir.

Ölüm isə bu fərqliliyi onlara bağışlamır. Başqa sözlə, hamıya qarşı ədalətli davranan ölüm bir gün onların hər kəsin qibtəsinə səbəb olan həyatlarına da şərik olur.

Axar.az dünya şöhrətli simaların son anlarında dedikləri sözləri təqdim edir:

Mövlanə Cəlaləddin Rumi:

"Rəbbimiz məni öz hüzuruna çağırır, artıq getmək vaxtıdır. Ya Əzrayıl, tez ol, məni rəbbimə tez qovuşdur".

Viktor Hüqo:

"Qara bir işıq görürəm".

Karl Marks:

"Son söz yetərincə düz söz deməyən adamlar üçündür".

Yuli Sezar:

"Səndəmi, Brut?"

Volfqanq Amadey Motsart:

"Ölümün dadı dilimin ucundadır. Bu dünyada olmayan bir şey hiss edirəm".

Namiq Kamal:

"Bir az istirahət edim".

Oskar Uayld:

"Ya divar kağızı gedir, ya da mən".

Sultan Süleyman Qanuni:

"Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, padşah olan Süleyman bu dünyadan əliboş gedir".

Aleksandr Sergeyeviç Puşkin:

"Həyat bitdi, nəfəsim kəsilir. Nəsə əzir məni".

Müəmmər Qəzzafi:

"Mənə etdiyiniz haramdır, övladlarım, mən sizin atanızam. Siz nəyin doğru, nəyin səhv olduğunu bilmirsiniz".

Anton Çexov:

"Uzun zamandır şampan içməmişdim".

O. Henri:

"Yandırın işıqları. Evə qaranlıqda getmək istəmirəm".

Sultan II Məhmət:

"Həkimlər, mənə niyə qıydınız?"

Simon de Bovuar:

"Lənətə gəlsin, bu labirintdən necə çıxacağam".

Leonardo da Vinçi:

"Əsərlərim istədiyim keyfiyyətdə olmadığına görə Allah və insanlar qarşısında günahkaram".

Bernard Şou:

"Məni bir antik əşya kimi saxlamağa çalışırsınız, amma işim bitdi, öləcəyəm".

Nikolay Vasilyeviç Qoqol:

"Bir nərdivan, təcili bir nərdivan gətirin".

Tomas Mur:

"Qalxmağıma kömək edin, enərkən onsuz da yalnız qalacağam".

Lüdviq van Bethoven:

"Komediya bitdi".

Marko Polo:

"Kimsə mənə inanmayacaq deyə, gördüklərimin yarısını belə danışmadım".

Nəcib Fazil Qısakürək:

"Demək, belə ölürmüşlər".

Tarix
2015.09.30 / 00:38
Müəllif
Nigar An
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla