Yuxarı

Ənvər Həsənov evə buraxıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ənvər Həsənov evə buraxıldı

Bir müddət əvvəl səhhətində problemlər yaranan xalq artisti Ənvər Həsənov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Kult.az xəbər verir ki, bu barədə Report-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşılaşmağa doğru gedir:

"Artıq səhhətində xeyli irəliləyişlər var və saturasiyası çox yaxşıdır. Sabah karantin müddəti başa çatacaq. Bundan sonra lazım olan digər zəruri müayinələr həyata keçiriləcək".

Qeyd edək ki, bir neçə gün öncə səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Tarix
2022.09.05 / 10:48
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla