Yuxarı

Elza Seyidcahan qələbəsini elan etdi - Seçki

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar-müğənni Elza Seyidcahan qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmayan müğənninin şikayəti Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda təmin olunub. Bazar günü onun namizədliyi qeydə alınıb.

Elza Seyidcahan seçkilərlə bağlı Modern.az-a danışıb.

Müğənni deyib ki, ona qarşı edilən haqsızlıqlara cavab olaraq namizədliyinin qeydə alınması özü üçün böyük qələbədir:

"Təqdim etdiyim 550 imzadan 43-nün saxta, 180 seçicinin isə verdikləri imzanın etibarsız hesab edilməsi mənə qarşı haqsızlıq idi. Bununla bağlı namizədliyimi qeydə almayan dairə seçki komissiyasından MSK-ya etdiyim şikayətə baxılaraq hüquqlarım bərpa edildi. Haqq-ədalət öz yerini tapdı".

Elza Seyidcahan qeyd edib ki, indi o, 54 saylı Şabran-Siyəzən seçki dairəsində təbliğat-təşviqat kampaniyasına hazırlaşır.

"Mənim bu saat başım seçki işlərinə qarışıb, seçicilərlə fəal görüşlərə hazırlaşıram. Yaxın günlərdə təbliğat-təşviqat kampaniyasına başlayacam. Artıq şüar və plakatların hazırlanması üçün ciddi şəkildə hazırlıq gedir. Tezliklə təşviqat kampaniyamı hansı formada həyata keçirəcəyimlə bağlı mətbuata açıqlama verəcəyəm".

Bəstəkar-müğənni namizədliyini sürdüyü dairədəki rəqibləri haqqında da danışıb:

"Deputat Tahir Süleymanov namizədliyimi irəli sürdüyüm 54 saylı Şabran-Siyəzən seçki dairəsində əsas rəqiblərimdən biridir. Düşünürəm ki, deputat seçilsəm də, seçilməsəm də mən artıq qələbə qazanmışam. Əsas olan sağlam rəqabətdir və mən də buna çalışıram. Onu da qeyd edim ki, mənim vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm".

Qeyd edək ki, Elza Seyidcahan YAP-ın üzvü olsa da, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb və qeydə alınıb.

Tarix
2015.10.12 / 16:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla