Yuxarı

İlhamə gecə qalmaqalından danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlhamə gecə qalmaqalından danışdı

Bir il ərzində yeməklərimə dərman qatıb, məni zəhərləmək istəyib.

Bu sözləri xalq artisti İlhamə Quliyeva mətbuatda yayılan "gecə qalmaqalı" haqda Axar.az-a danışarkən deyib:

"Mehriban Hüseynova mənzillərimdən birində köməkçi kimi işləyib. Bir il ərzində yeməyimə çoxsaylı psixi dərmanlar atıb məni dəli etməyə çalışıb.

Mehriban mənim dilimdən saxta vəsiyyət belə yazıb ki, bütün var-dövlətim ona miras qalsın. Yanımda çalışdığı vaxtlar saysız-hesabsız qızıl, zinət əşyalarımı oğurlayıb. Bütün bu olanlardan xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət etdim. Ayın 5-dən 7-dək polis araşdırma apardı, evim yoxlanıldı və sonra Mehriban Hüseynova həbs olundu.

Ötən gün oğlumla bağdan qayıdıram, görürəm, həbs etdirdiyim Mehriban mənim yolumu kəsir. Rəfiqəsi də onunla maşında idi. Arxalarıyca da bir neçə maşın gəlirdi. Məqsədyönlü şəkildə məni öldürmək istəyirdilər. Maşından düşüb onlara tərəf gedəndə hamısı qorxdu və hadisə yerindən uzaqlaşdı.

Mən başa düşə bilmirəm, necə olur ki, mənə Kürdəxanıda həbsdə olduğu deyilən adam gecə yarısı yolumu kəsir? Bu haqda mən susmayacağam. Cənab prezidentə qədər yazmışam. Yaxın günlərdə sözügedən məsələ ilə bağlı mətbuat konfransı keçirib daha ətraflı danışacam. İndi çox danışmaq istəmirəm, dərman atmışam".

Xatırladaq ki, oktyabr ayının 15-də 8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu "Hunday Sonata" markalı avtomobillə içərisində iki xanım olan "Şevrolet" markalı avtomobil üz-üzə gəldiyini "Azerfax" yazıb. Saytın əməkdaşı İ.Quliyevanın avtomobildən düşərək, xanımların ünvanına "Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?" dediyinin şahidi olub.

Tarix
2015.10.16 / 13:03
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla