Yuxarı

Dünyada ilkə imza atan qadınlar – Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada ilkə imza atan qadınlar – Siyahı

Hər kəs ilk olmaq istəyir. Nə olursa, olsun. Bəs müxtəlif ilklərə imza ataraq tarixə adını yazdıran qadınlar kimlər olub?

Axar.az tarixə ilkləri ilə imza atan qadınları təqdim edir:

İlk qadın kosmonavt

Valentina Nikolayeva Tereşkova adlı rus qadın 16 iyun 1963-cü ildə "Vostok VI" adlanan kosmik gəmi ilə 71 saatlıq uçuş həyata keçirib. Uçuş zamanı o, dünya ətradında 48 dəfə dövrə vurub.

İlk qadın səfir

Aleksandra Kollantai adlı rus qadın. Ziyalı ailədə doğulan bu qadın fəaliyyəti dövründə bir neçə ölkəyə səfir göndərilib.

İlk qadın hüquq müdafiəçisi

Amerikalı Arabella Mansfiled qadınlar sırasında adını ilk hüquq müdafiəçisi olaraq yazdırıb. O, ilk məhkəmədə çıxışını 1869-cu ildə edib.

İlk qadın həkim

Onda həkim olmaq istəyini dostunun xərçəng xəstəliyindən ölməsi yaradıb. Elizabet Blakvell 23 yanvar 1849-cu ildə məzun olub.

Siqaret çəkən ilk qadın

Cəmiyyət içində siqaret çəkən ilk qadın Qlerman Tonner olub. Rəvayətə görə, 1858-ci ildə siqaret yandıran qadın ətrafdan onu görənlərin böyük təəccübünə səbəb olub.

İlk qadın sürücü

Fransız maşın istehsalı zavodunun mühəndisi Emili Levissorun həyat yoldaşı dünya tarixinə adını ilk maşın sürən qadın kimi yazdıra bilib. Buna səbəb isə onun ərinin maşın zavodunda çalışması göstərilir.

İlk roman yazarı

Afra Ben – ilk yazılarını 1687-ci ildə yazan qadının romanları ölümündən 8 il sonra yayılıb.

Səhnəyə çıxan ilk müsəlman

O vaxtlar qadınların səhnəyə çıxması cəmiyyət tərəfindən qəbul olunmadığından Afifə Jalə bu adı özünə ləqəb seçib. Sonradan o, bu adla tanındığı üçün fəaliyyətinə elə bu imza ilə də davam edib.

Tarixdə ilk şair qadın

Sargon Akkadlının (Akkad padşahlığını yaradan hökmdar) qızı.

Və ən nəhayət Şərqdə ilk opera yazan bəstəkar qadın - Şəfiqə Axundova.

Qeyd edək ki, siyahıda adları yazılan qadınlar tarixə öz ilkləri ilə düşənlərin sadəcə bir hissəsidir.

Tarix
2015.10.23 / 08:45
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla