Yuxarı

9 əsrlik qəbiristanlıq dağılmaq təhlükəsilə üz-üzədir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunun Həzrə kəndində, meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbiristanlığında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır. Bu abidələrin təqribən XV-XVI əsrlərə aid olduğu deyilir.

Kult.az xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev qeyd edib.

Tarixçi türbələrin ətrafında aparılan arxeoloji qazıntılar zamanı təxminən XII-XIII əsrlərə aid edilən qəbirlərin də tapıldığını bildirib:

“Həzrə kəndində dövlət tərəfindən qorunan bu tarixi abidələr maraqlı bir səmtdə inşa edilib. Belə ki, bir türbənin giriş hissəsi cənub-qərbə, digərləri isə şimal-qərbə baxır. İslam memarlığında qeyri-adi inşalardan sayılan bu türbələr ətrafında qədim məzarlar da var. Türbələr hamısı Şirvan-Abşeron memarlıq məktəbi ənənələrinə uyğun şəkildə inşa edilib. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunmuşdur. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir. Kompleks ərazisində ilk bərpa işləri 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsinin müraciətinə əsasən həyata keçirilmişdir. Şəkillərdə bu “bərpanın” hansı formada və necə aparıldığını görə bilərsiz”.

Z.Əliyev vurğulayıb ki, tarixi abidəyə biganə yanaşanlar bərpa işlərini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin 4 nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsinin briqadası olub:

“Bu abidələrə vaxtlı-vaxtında baxım göstərilməsi, qorunub-saxlanılması bu “restervasiya”dan sonra unudulub. Sanki ölkədə belə bir yer yoxdur. Türbələri yüngül təmir edən nazirlik əməkdaşları qəbiristanlıq ərazisindəki sənduqələrə nəinki fikir verib, heç onların üzərini basmış mamırları təmizləmək belə istəməyiblər. Axı bu sanduqələri həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək hazırlayıb. Sənduqə və başdaşlarına vurduqları naxışlarla yanaşı abidələrin bəzəyində haşiyə, qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlətmişlər. Hazırda bu abidə dağılmaq təhlükəsi ilə üz-üzədir.

2018-ci ildə yayılmış məlumatda Həzrə türbələr kompleksinə daxil olan abidələrin qəzalı hala düşdüyü və dağılmaq üzrə olduğu bildirilir. Bu illər ərzində bu abidələrə nə nazirlik, nə də icra hakimiyyəti reaksiya verməyib”.

Tarix
2023.01.31 / 16:46
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla