Yuxarı

Ən kobud məşhur kimdir? - Sorğu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən kobud məşhur kimdir? - Sorğu

Bəzən jurnalistlərlə məşhur sənət adamları arasında mübahisə yaranır.Hansısa informasiyanı dəqiqləşdirməküçün sənətçilərlə əlaqə saxlayan jurnalistlər bəzən həmin şəxslərin kobud cavabı ilə qarşılaşırlar.

Axar.az bu mövzu çərçivəsində jurnalistlərə belə bir sualla müraciət edib:"Hansı sənətçi sorğu götürən və ya açıqlama alan zaman sizə qarşı kobudluq edir?"

Xəyalə Məmmədova (Kaspi.az):"İncəsənət adamları çox həssas olurlar. Onların könlünü almaq, istədiyin mövzu ilə bağlı danışdırmaq çətin məsələdir. Bəzi sənət adamlarına müraciət edəndə elə davranırlar ki, sanki onları şərləyəcəyik. Danışmağa çəkinirlər, çətinliklə ağzından bir-iki söz alırsan, axırda deyir ki, dediklərimi olduğu kimi verin, yoxsa sizi məhkəməyə verərəm. Ümumiyyətlə, şou-biznes nümayəndələrindən şirin dillisini tapmaq çətindir. Onlar ancaq işləri düşəndə mətbuat nümayəndələri ilə şirin-şirin danışırlar. Çox mahir yalan danışmaq bacarığına malikdirlər. Çox zaman günorta dedikləri sözlə axşam dedikləri söz üst-üstə düşmür. O ki qaldı kobud rəftar edənlərə, daha çox gənc nəslin nümayəndələri məşhur olan kimi gözləri ayaqlarının altını görmür. Elə hesab edirlər ki, Azərbaycan incəsənətinin yaradıcılarındandırlar, bunlar olmasa, şou-biznes batar. Mən gənc nəslin bir çox nümayəndələrində bunu hiss etmişəm. Çalışdığım "Kaspi" qəzeti 3 əsrdir fəaliyyət göstərir və biz də hesabımızı ona görə götürürük. Belə ki, mətbuat nümayəndəsi ilə kobud rəftar edə biləcək səviyyədə olan sənət nümayəndələri ilə münasibətdən çəkinirik, onlara müraciət etmirik. Özünü həddən ziyadə lovğa aparan ifaçılara da həddini bildiririk. Bizim qəzetdə və ya saytda özündənrazı, təkəbbürlü sənət adamlarının nə xəbəri, nə də müsahibəsi verilir".

Elmin Nuri (Modern.az): "Sorğularımheç vaxt qıcıqlandırıcı suala söykənmədiyindən demək olar ki, belə hallarla üzləşməmişəm. Vacib bir məqam kimi onu deyim ki, kobudluğu bəzi ədəbiyyat və elm adamlarında görmüşəm, nəinki müğənnilərdə. Bir dəfə müğənnilərin musiqi təhsili ilə bağlı sorğu keçirirdim. Mətanət İsgəndərli sualı dinlədi və mən sualı bitirən kimi əlaqə kəsildi. Eyni sorğuda sualı dinləyən Bilal Əliyev "Mən hazırda ziyarətdəyəm, bu dəqiqə danışa bilmirəm", - deyərək söhbətə xitam verdi. Heç soruşa da bilmədim ki, ziyarətdəsinizsə, bəs, sualı necə dinlədiniz? Mülayim adam kimi tanıdığım Elxan Şirinovdangözləmədiyim halda sərt cavab eşitdim. Amma ən kobud münasibəti açıqlama alan zaman Ali Attestasiya Komissiyasında adını bilmədiyim bir xanımdan görmüşəm. Ola bilsin ki, bu sizin sorğunuza aid deyil. Amma onun kobud danışığı məni heç vaxt rahat buraxmır".

Cəvahir Səlimqızı (Publika.az):"Yaradıcı adamlar, adətən, kaprizli olurlar. Söhbət təbii ki, əsil sənətkardan gedir. Onların arasında çətin, yovuşmaz, bir qədər mətbuatdan uzaq müsahiblər var. Məsələn, bəstəkar Xəyyam Mirzəzadə, Arif Məlikov, Safura İbrahimova, Amaliya Pənahova, Zərnigar Ağakişiyeva. Yeri gəlmişkən, bu yaxınlarda Zərnigar Ağakişiyevadan da müsahibə aldım. Əgər jurnalist istəsə, öz həlimliyi, inadkarlığı ilə istənilən kobudluğu dəf edə bilər. Amma sərt cavab verənlər də olub. Dəfələrlə üstünə getmişəm, ən çətin müsahiblərdən də müsahibə götürmüşəm. Baxır qarşımdakı kimdir. Ancaq elə müsahiblər də olur ki, baxırsan, özünü qoyub dağ başına. Elələrindən müsahibə götürməyə cəhd də eləməmişəm. Bu sıradan mən Röyanın adını çəkə bilərəm".

Rəqsanə Həsənova (Teleqraf.com):"Kaprizli müsahiblərim olub, amma kobud rəftar ilə rastlaşmamışam. Həyəcan və daha çox məsuliyyət tələb edən müsahiblərim isə olub. Əslində, hər bir işimdə həyəcan keçirirəm. Amma Arif Məlikov, Fidan Qasımova və xalq yazıçısı Anardan müsahibə götürən zaman çox həyəcanlı idim. Düşünürəm ki, həyəcan məsuliyyətdən irəli gəlir. Hətta zarafatla deyirəm ki, həyəcan olmayanda müsahibəm uğurlu alınmır".

Rövşən Danyeri (Sənət.az):"Doğrusu, indi həmin sənətçilərin adını xatırlamıram.Amma açıqlama alanda söhbətin əvvəlində kobud cavab verənlər olub. Onda da həmin şəxsə bunun çox nəzakətsiz hərəkət olduğunu izah etmişəm, məsələ həll olunub. Ya müsahib üzr istəyib, ya da daha mədəni danışmağa başlayıb".

Tarix
2015.11.13 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla