Yuxarı

Ağdərədə nələr baş verir? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdərədə nələr baş verir? - Video

Ötən gün Rusiya sülhməramlı kontingenti keçmiş Ağdərə rayonu ərazisində “atəşkəs rejiminin pozulması” haqda məlumat yayıb. Bu gün isə Azərbaycan Müdafiə Nazirliyi Şuşa və Naxçıvanın atəşə tutulduğunu bildirib.

Bildiyiniz kimi, uzun müddətdir Qarabağda, eləcə də sərhəddə atəşkəsin pozulması halları müşahidə olunmurdu. Hətta separatçı rejimdə Bakının diktə etdiyi məsələlərlə bağlı müsbət proseslərin getməsi – Vardanyanın göndərilməsi müzakirələri pozitiv atmosfer kimi qəbul edilirdi.

Bununla yanaşı, separatçıların “rəhbər”i Araik Arutyunyan erməni əhali ilə görüşü zamanı çıxışında Bakı ilə münasibətlərin qurmağın onların lehinə olacağı haqda mesajlar vermişdi.

Yəni ümumi götürəndə Qarabağda müharibədən sonra ilk dəfə yaxınlaşma müşahidə olunurdu.

Eləcə də Münhen görüşündən sonra Prezident İlham Əliyev Ermənistanın mövqeyində müsbət dəyişikliklərin olduğuna eyham vurdu.

Lakin yenə “kimlərsə” atəşkəsin pozulmasına nail olmaqla gərginlik yaradırlar. Təbii, “kimlərsə” deyəndə ağıla gələn ilk variant Rusiyadır. Çünki Qarabağda, Ermənistan-Azərbaycan sərhədində gərginliyin qalması yalnız və yalnız Kremlə sərf edir.

Ermənistanı və Vardanyanı itirmə təhlükəsi ilə üzləşən Moskva üçüncü silahına – “gərginlik yaratmağa” əl atır.

Qarabağda, Ermənistan-Azərbaycan sərhədində gərginliyin qalmasında Moskvanın iki əsas məqsəd güddüyünü ehtimal edə bilərik:

1. “Sərhəddə Aİ missiyası gətirilsə də, “qollarım” hələ də regiona uzanır və ehtiyac yarandıqda tətiyə kiplənmiş barmaqları darta bilərəm”;

2. “Azərbaycanla Ermənistan arasında sülh üçün təklif edilən “Qərb variantı”na asanlıqla imkan verməyəcəm”.

Kremlin, Qərbin və Ermənistanın nə düşünməsindən asılı olmayaraq, rəsmi Bakının Xankəndi məsələsində mövqeyi qəti və aydındır: sülhməramlılar müvəqqətidirlər və onların nəzarətindəki ərazilər Azərbaycan torpaqlarıdır.

Bu həqiqəti dəyişmək istəyənlər regionda növbəti lokal toqquşma və eskalasiyaya səbəb olacaqlar. Prosesin bu mərhələsində isə meydana Vətən müharibəsindən sonra xeyli güclənmiş, daha da peşəkarlaşmış və strateji mövqeləri nəzarətə götürmüş Azərbaycan Ordusu çıxacaq.

Ümidimiz və arzumuz regionda sülhün təmin olunması yönündədir.

Tarix
2023.02.22 / 12:06
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla