Yuxarı

Tarantino haqqında film gəlir – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarantino haqqında film gəlir – Video

Qeyri-adi tərzi ilə həmişə diqqət mərkəzində olan dünya şöhrətli rejissor Kventin Tarantino haqqında sənədli film çəkilir.

Axar.az-ın xəbərinə görə, karyerasının 21 ili haqqında çəkilən "21 il: Kventin Tarantino" ("21 Years: Quentin Tarantino") adlı filmin rejissoru daha öncə Riçard Linkleyterin həyatı haqqında eyni tərzdə sənədli film çəkən rejissor Tara Vuddur.

Video dükanında işləyərkən kino sahəsini özbaşına öyrənən və ilk rejissorluq təcrübəsini 1987-ci ildə "Ən yaxşı dostumun ad günü" (My Best Friend's Birthday) filmi ilə yaşayan, lakin film hələ kopyalanmadan yanğında məhv olduğu üçün ilk filmi "Quduz köpəklər" (Reservoir Dogs) olaraq tarixə keçən Tarantino filmlərində kiçik rollar oynayaraq aktyorluq bacarığını da nümayiş etdirib. "Murdar səkkizlik" (The Hateful Eighti) adlı sonuncu filmini 2016-cı ildə tamaşaçıların ixtiyarına verəcək Tarantinonun rejissorluq həyatından bəhs edən bu sənədli filmdə kamera qarşısına çıxıb çıxmayacağı hələ ki, məlum deyil. Lakin nə vaxtsa rejissorla işləmiş bir çox aktyor indidən film üçün kamera qarşısına keçməyi, ya da müsahibə verməyi qəbul edib. Bu aktyorlar arasında Samuel L.Cekson, Con Travolta, Kristof Uoltz, Eli Roz, Robert Forster, Maykl Medsen, Kerri Vaşinqton və başqaları var.

Tarantinonun karyerasındakı dönüş nöqtələrinə və uğuruna işıq tutacaq "21 il: Kventin Tarantino" sənədli filminin ekranlara çıxacağı tarix də hələlik bəlli deyil.

Qeyd edək ki, Tara Vud keçən il çəkdiyi "21 il: Riçard Linkleyter" sənədli filmi ilə aktyorluqla yanaşı rejissorluqda da iddialı olduğunu isbatlamışdı. Filmdə Linkleyterin karyerasını 10 illiklərə bölərək iki hissə və əlavə 1 il olaraq çəkən Vud "Tarantino" sənədli filmində də eyni üsulla hərəkət edəcək. Vuda görə, rejissorun karyerasındakı ilk 21 ilə fokuslanmaq, karyerasını araşdırmaq üçün yaxşı başlanğıc nöqtəsidir.

Böyük həyəcanla gözlənilən sənədli filmin təqdimat videosunu təqdim edirik:

Tarix
2015.11.19 / 01:43
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla