Yuxarı

“Bir səbət tənhalıq” İrana dəvət alıb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bir səbət tənhalıq” İrana dəvət alıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasına qastrol səfəri edəcək.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi olan və İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsindən teatra gələn dəvət məktubuna əsasən qastrol səfəri çərçivəsində "Bir səbət tənhalıq" tamaşası nümayiş etdiriləcək.

Səhnə əsərinin quruluşçu rejissoru əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.

Qeyd edək ki, 2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilən tamaşa ötən il Türkiyə Cümhuriyyəti Dənizli bölgəsində keçirilmiş Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək mükafata layiq görülüb.

Tarix
2015.12.04 / 00:50
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla