Yuxarı

Nobel komitəsinin rüsvayçılıqları – Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nobel komitəsinin rüsvayçılıqları – Siyahı

Dünyanın ən nüfuzlu mükafatlarından hesab olunan Nobelin laureatları ilə bağlı çox vaxt ziddiyyətli fikirlər səsləndirilir. Bəzən dünya ictimaiyyəti mükafat alan şəxsin Nobelə layiq olmadığını iddia edir.

Axar.az Nobel mükafatı tarixindən böyük narazılıqlara səbəb olmuş elm adamları haqda yazını təqdim edir:

Uilyam Şokli

Uilyam Şokli tranzistorun ixtiraçılarından biridir. 1956-cı ildə fizika üzrə Nobel mükafatı ilə təltif edilib. Ancaq Uilyam Şakli ağdərili insanlara üstünlük verirdi. O, hətta qaradərili insanların kökünün kəsilməsi fikrini dəstəkləyirdi.

Fris Haber

Fris Haber 1918-ci ildə kimya üzrə Nobel mükafatının sahibi olub. Haber ammonyakı onun elementlərindən sintez etməsinə və bunu yarımsənaye miqyasında müvəffəqiyyətlə həyata keçirməsinə görə mükafata layiq görülüb. Lakin onun bu kəşfi minlərlə insanın ölümünə səbəb olub. Haber I Dünya Müharibəsində xloru silah halına gətirib və fransız və Əlcəzair əsgərlərinin ölümünə yol açıb.

Nils Dalen

Nils Dalen 1912-ci ildə fizika üzrə Nobel mükafatına "dəniz fənəri"ni kəşf etməsi nəticəsində layiq görülüb. Dalenin belə sadə bir kəşflə Nobelə layiq görülməsi elm dünyası tərəfindən sərt qarşılanıb.

Coşua Lederberq

1958-ci ildə tibb üzrə Nobel mükafatı alan Coşua Lederberq, əslində, bu mükafatı həyat yoldaşının köməkliyi ilə qazandı. Buna görə də mükafatın yalnız Coşua Lederberqə verilməsi tənqidlərə səbəb oldu.

Sir Tim Hant

2001-ci ildə tibb sahəsində Nobel mükafatı alan Sir Tim Hant qadın həmkarlarına qarşı hörmətsizlik etdiyinə görə ona bu mükafatın verilməsi birmənalı qarşılanmamışdı.

Tarix
2015.12.05 / 09:40
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla