Yuxarı

Ruhlar Müslüm Maqomayevə nə deyib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruhlar Müslüm Maqomayevə nə deyib?

Azərbaycan filmlərində böyük aktyorlarla yanaşı, korifey müğənnilər də rol alıb. Bu iki sənətin – musiqi və kinonun vəhdəti daha gözəl bir əsərin, obrazın ortaya çıxmasına şərait yaradıb.

Axar.az Azərbaycan filmlərində rol alan müğənnilər haqda yazını təqdim edir:

Rəşid Behbudov

Azərbaycan musiqisinin unudulmaz simalarından olan SSRİ xalq artisti Rəşid Behbudov 1945-ci ildə "Arşın mal alan", 1955-ci ildə "Bəxtiyar", 1974-cü ildə "1001-ci qastrol" filmlərində çəkilib. Musiqi sənətinə adını qızıl hərflərlə yazdıran Rəşid Behbudov kinematoqrafiyada da uğurla çıxış edib.

Flora Kərimova

Bəşər tarixində 4-cüoktavanı aşan nadir müğənnilərdən olan xalq artisti Flora xanım Kərimova 1968-ci ildə "Qanun naminə" bədii filmində rol alıb. O, bu filmdə Züleyxa rolunu canlandırıb.

Müslüm Maqomayev

Dünya şöhrətli Müslüm Maqomayev Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr edilmiş "Nizami" filmin baş rolunu canlandırıb. Filmin rejissoru Eldar Quliyev Moskvanın Birinci Kanalına müsahibəsində film çəkilərkən XII əsr şairi Nizami Gəncəvinin ruhu ilə bir nəfər ruh çağıran şəxs vasitəsilə məsləhətləşdiyini bildirib. Onun sözlərinə görə, Nizaminin ruhu bu rola Müslüm Maqomayevin çəkilməsini istəyib.

Mirzə Babayev

Hər birimizin "Kəpənək" mahnısı ilə tanıdığımız Mirzə Babayev 30-dan çox filmdə rol alıb. O, "Bəyin oğurlanması", "Dərviş Parisi partladır", "Bir ailə", "Ulduzlar sönmür" və başqa filmlərdə çəkilib.

İlhamə Quliyeva

İlhamə Quliyeva 2003-cü ildə Tükəzban İsmayılovaya həsr edilmiş "Oxuyan ürəkdir" filmində rol alıb. Həmçinin "Adam ol!" tammetrajlı bədii filmində "Leyli" rolunda çıxış edib.

Tarix
2015.12.06 / 09:30
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla