Yuxarı

Tehran rejimi Bakıda bacarmadı, ABŞ-da etdi…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran rejimi Bakıda bacarmadı, ABŞ-da etdi…

Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli-siyasi fəal Əhməd Obalı və oğlu Dəniz Obalıya qarşı sui-qəsd birbaşa və ya dolayısı ilə Tehran rejiminin işidir.

Belə görünür ki, Güneylə bağlı təsis edilən ilk televizya olan Günaz TV-nin fəaliyyətinin təxminən bir il yarımlıq sönüklükdən sonra yenidən bərpa edilməsi və Güney Azərbaycanla bağlı fəaliyyətinin genişlənməsi Tehran rejimini narahat edib. Obalının ölümcül şəkildə döyülməsi məsələsində hər hansı başqa variant ola bilməz. Bu günə kimi olan təcrübələrə əsasən, Tehran hakimiyyətinin bu məsələdə əlinin olması şübhəsizdir. Ona qarşı sui-qəsd etməklə Tehran hakimiyyəti həm də başqalarına mesaj verib, qorxutmaq istəyir.

Bundan əvvəl də Əhməd Obalı və başqa bir neçə siyasi fəala qarşı sui-qəsdlə bağlı xəbərdarlıqlar olub.

Əhməd Obalının Azərbaycan səfərindən qayıtdıqdan bir gün sonra sui-qəsdə məruz qalması Tehran rejiminin bunu Azərbaycan Respublikasında həyata keçirməyə cəsarət etmədiyini göstərir. Belə bir hadisənin Azərbaycanda baş verməsi indiki şəraitdə İrana qarşı daha şiddətli təpkilərə səbəb ola bilərdi. Həm də Azərbaycanda təhlükəsizlik sisteminin daha güclü olması Tehranın belə bir hərəkəti Bakıda etməsinin qarşısını alıb.

Nəzərə almalıyıq ki, İrana bağlı terrorçular Amerika və Avropada müxaliflərə qarşı dəfələrlə terror aktı həyata keçiriblər. Obalıya qarşı sui-qəsd isə rejimin milli və siyasi fəallara qarşı xaricdə başlatdığı yeni hücumlara nümunədir.

Amerika və dünya ictimaiyyəti Tehran rejiminin belə əməllərinə tutarlı cavab verməsə, molla hakimiyyəti oxşar hadisələri yenidən təkrarlamağa cəsarətlənəcək.

Tarix
2023.05.21 / 21:24
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla