Yuxarı

Seymur özünə büst qoydursun, biz də...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seymur özünə büst qoydursun, biz də...

Yazıçı Seymur Baycan şəxsi Feysbuk səhifəsindən yaydığı açıqlama ilə özünə büst qoydurmaq üçün bank hesabı açdırdığını bəyan edib. Onun bu addımı ədəbiyyat adamları və oxucular tərəfindən birmənalı qarşılanmayıb.

Axar.az bu mövzu ilə bağlı ədəbiyyat adamlarının fikirlərini öyrənib:

Firuz Mustafa Seymur Baycanın bu addımını dəstəklədiyini bildirib:

"Ağıllı iş görür. İndi bir çox adamlar gələcək qəbirüstü abidələrini öz sağlıqlarında hazırlatdırırlar. Biri var heykəltəraş şəklə baxıb əsər yarada, bir də var ki, canlı adama... Amma Seymur hələ yaşasa yaxşıdır. Arada maraqlı yazılarla çıxış edir..."

Seyran Səxavət isə onun bu qərarına fərqli şəkildə yanaşıb:

"Bunun nə Azərbaycan xalqına, nə də Azərbaycan ədəbiyyatına dəxli var. Seymur Baycanın özünə dəxli var, istəyir qoysun. İş qurmaq istəyir. Bunun oxuculara, ədəbiyyata aidiyyəti yoxdur. Büst qoydurur, lap yaxşı, biz də gedib üstünə gül qoyarıq".

Elçin Hüseynbəyli isə Seymur Baycanın özünə ianə toplamasını zarafat adlandırıb:

"Seymur Baycan çox güman ki, bunu zarafatca deyib. İanə toplayır, nə olsun, bu da maraqlı bir aksiyadır. Buna yumorla və çox maraqla yanaşıram. Əslinə qalsa, mənə elə gəlir ki, bu hərəkət cəmiyyətdə olan pessimist əhvalın, ruhi düşüncələrin hamısını dağıdır. İnanmıram ki, ianə ilə heykəl qoydura bilsin. Çünki hələ ona yer almalıdır, yeri haradan alacaq, onu müəyyənləşdirməlidir. Bəlkə də pulu azalıb, son zamanlar kitab satılmır, ianədən də özünə 5-3 manat pul qazanıb xərcləyəcək. Burada nə var ki! Pis bir şey deyil ki? Şəxsən düşünürəm ki, bu aksiya kifayət qədər normaldır, hətta alqışlayıram".

Tarix
2015.12.11 / 17:42
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla